Beş gün istirahət olacaq
21-11-2011, 14:05
Oxunub: 5 829
Yeni il bayramı və Azərbaycanlıların Həmrəylik günü münasibətilə Azərbaycanda 5 gün qeyri-iş günü olacağı gözlənilir.
Bolgexeber.com xəbər verir ki, agentliyə bu barədə Azərbaycan hökumətindəki mənbələrdən məlumat verilib. Məlumata görə, Nazirlər Kabinetinin bu günlərdə qəbul edəcəyi qərarla Azərbaycanda 2011-ci il dekabrın 31-dən 2012-ci il yanvarın 5-nə kimi qeyri-iş günü olacaq.
Dekabrın 31-i Azərbaycanlıların Həmrəylik günü, yanvarın 1, 2-si Yeni il bayramı münasibətilə qeyri-iş günü elan olunacaq. Dekabrın 31-i və yanvarın 1-i şənbə, bazar günlərinə düşməsi ilə əlaqədar olaraq yanvarın 3-ü və 4-ü də qeyri-iş günü elan olunacaq. Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər