BolgeXeber.Com » Gündəm » Anar Məmmədovla Hafiz Məmmədov arasında qalmaqal...

Anar Məmmədovla Hafiz Məmmədov arasında qalmaqal...

15-09-2014, 10:15
Oxunub: 3 951 "Hafka"nın qardaşıyla Müşfiq Mədətovun dostluğu "Delfin"i udub...

“Hafka”nın Hafiz Məmmədovun daha bir obyekti başına yıxıdlıdı. Bolgexeber.com bildirir ki, moderator-az-ın əldə etdiyi məlumata görə, iş adamına məxsus “Delfin” oteli dağıdılıb. Mənbənin verdiyi məlumata görə, “Delfin” otelinin bağlanmasına və dağıdılmasına səbəb “Qarant” Holdinqin şefi Anar Məmmədovla Hafiz Məmmədovun qardaşı Zeynal Məmmədov arasında olan münaqişə olub.Belə ki, münaqişə Z. Məmmədovun Heydər Əliyevin keçmiş mühafizəçisi, daha sonra 23-cü polis bölməsinin rəisi işləmiş və uzun müddət məhbus həyatı yaşamış Müşfiq Mədətov üstündə yaranıb. Z. Məmmədov M. Mədətovu yanında işə götürməsi Anar Məmmədovun xoşuna getməyib və onun hakimiyyətdə pis reputasiyası olduğunu ona irad tutub, bu da Z. Məmmədovun etirazına səbəb olub. Bundan sonra aralarında ciddi münaqişə yaranıb. Z. Məmmədov hətta A. Məmmədovu M. Mədətov tərəfindən cəzalandırla biləcəyini də dilə gətiməkdən belə çəkinməyib. Buna qəzəblənən A. Məmmədov isə onalara məxsus “Delfin” otelini dağıdıb və deyib ki, indi dediyiniz M. Mədətov gəlib məni cəzalandırsın görüm necə edir. O oteldə yeni təmir işlərinin getdiyi bir vaxtda tikintini dayandırıb , onun həyətindəki hovuzu dağıdıb və binanın daxilinə ciddi ziyan vurub.
Buna baxmayaraq otelin ərazisindəki A. Məmmədova məxsus “Kəhrəba” restoranı və Qolf Federasiyası fəaliyyətini davam etdirir.