BolgeXeber.Com » Gündəm » Bu günə olan astroloji proqnoz

Bu günə olan astroloji proqnoz

16-09-2014, 08:40
Oxunub: 2 306 QOÇ — Qarşınızda hər mənada uğurlu bir gün durur

Bunun üçün daxili inam və qətiyyət kifayət edər. Nahardan sonra şad xəbər eşidəcəksiniz. Ulduzlar bəxtinizə pul da çıxarmaq əzmindədir.

BUĞA — Üzləşdiyiniz proseslər narahatçılığınızı artıra bilər. Bu səbəbdən də bütün vacib planlarınızı təxirə salmalısınız. Yaxın bildiyiniz adamlar sizə qarşı xoşagəlməzliklər edəcək.

ƏKİZLƏR — Ay bürcünüzdə olduğundan bu gün kənardan kiminsə dəstəyinə ehtiyacınız var. Bunsuz hansısa nailiyyətə yetişəcəyinizi mümkünsüzdür. Öz növbənizdə siz də aktivliyinizi artırmalısınız.

XƏRÇƏNG — Günortaya qədər adi işlərin həlli ilə məşğul olun. Nahardan sonra isə böyük məsələlərin həllinə başlamağa dəyər. Axşama yaxın gözləmədiyiniz istiqamətdən təzə xəbər eşidəcəksiniz.

ŞİR — Yalnız sabitliyinizi qorumağa çalışın. Xırda bir yanlışlıq gün ərzində nəzərdə tutduğunuz işləri alt-üst edə bilər. Odur ki, qərar çıxarmazdan qabaq mövcud reallığı nəzərə almalısınız.

QIZ — Yeni əlaqələr yaratmaq, işgüzar danışıqlar aparmaq sizə xüsusi zövq verəcək. Bu yönümdə sevgi amili daha qabarıq tərzdə nəzərə çarpacaq. Amma müsahiblərinizə yalan vəd verməməlisiniz.

TƏRƏZİ — Olduqca romantik bir təqvimdir. Dünənə qədər sizə şübhə ilə yanaşanların əksəriyyəti səmimiliyinizin şahidi olacaqlar. Sevdiyiniz adamların yanında olmağınız günün vacib tələbidir..

ƏQRƏB — Göy qübbəsi daha çox ikitərəfli əlaqələrdə bəxtinizin gətirəcəyini bildirir. İstər ailə-sevgi məsələlərində, istərsə də işgüzar münasibətlərdə vəziyyətiniz qənaətbəxş olacaq.

OXATAN — İxtiyarınızda olan bu tarixdə təmkininizi qorumalısınız. Hər hansı çılğınlıq və ya əsəblərin qabarması bütün işləri korlaya bilər. Riskli planlarınızı mümkün qədər təxirə salın.

OĞLAQ — Ümumi məziyyətlərinə görə qalmaqallı gündür. Az qala hər addımda gərginliklə rastlaşacaqsınız. Əsas enerjinizi münasibətlərə deyil, işə həsr etməklə bu xoşagəlməzliyi dəf edə bilərsiniz.

SUTÖKƏN — Mistik bir gün yaşayacaqsınız. Daxili harmoniyanız pozulduğundan real olmayan şeylər barədə düşünə bilərsiniz. Bunun qarşısını almaq üçün yaxşı olar ki, vaxt tapıb ziyarətgahlara gedəsiniz.

BALIQLAR — Romantika ilə dolu olan bir tarix yaşayacaqsınız. Maddi durumunuz imkan versə, uzaq səfərə də çıxın. Qarşıdakı günlər üçün vacib olan bir neçə mühüm görüş keçirməniz məsləhətdir.