“Neptun” müştəriləri niyə aldadır?
16-09-2014, 10:45
Oxunub: 5 018
Bakıda supermarket müştərilərə fırıldaq gəılməkdə ittiham olunur
Son günlər bəzi mətbuat orqanlarında “Neptun” supermarketlər şəbəkəsinin müştəriləri aldatdığı, onlara kampaniya, endirim adı ilə kələk gəldiyi barədə informasiyalar yayılır.
İddialara görə, marketlər şəbəkəsi alıcıları stimullaşdırmaq, onları “tora salmaq” üçün müxtəlif aldadıcı kampaniyalardan istifadə edir.
Şirkət müxtəlif endirimlər etdiyini desə də, əslində bu baş vermir. Alıcılar şişirdilmiş qiymətə aldığı məhsullara görə, nəinki büdcəsinə qənaət edir, əksinə, daha artıq xərcə düşürlər.
Bolgexeber.com bildirir ki, editor.az-ın araşdırmaları “Neptun” supermarketlər şəbəkəsində digər qüsurların olması faktını da üzə çıxarıb.
Məlum olub ki, şirkət əsas gəlirini rəflərin satışından götürür ki, bu zaman acınacaqlı durumda qalan sadə müştərilər olur.
Meyvə-tərəvəz, çərəz, geyim, şirniyyat, dəftərxana ləvazimatları, ət məhsulları və digər bölmələr fərdi sahibkarlara icarəyə verilir ki, bunun qarşılığında onlardan satışın 15-30 faizi arası haqq alınır. Nəticədə məhsullar baha qiymətə satışa çıxarılır. Çox az qismdə ərzaq məhsullarını nisbətən ucuz qiymətə satan şəbəkə rəflərdə elan olunan fantastik qiymətlərlə müştəriləri aldadır.
Xatırladaq ki, paytaxtda fəaliyyət göstərən bütün “Neptun”larda “AzUn” markası adı altında istehsal olunan və əslində “Bəhrə” şirkətinin törəmə müəssisəsi olaraq fəaliyyət göstərən şirniyyatlar satışa çıxarılır. O “Bəhrə” ki, bir neçə il öncə İqtisadiyyat və Sənaye Nazirliyi həmin şirkətin istehsal etdiyi şirniyyatların saxta olduğunu bəyan edərək, müştəriləri həmin şirniyyatlardan istifadə etməməyə çağırmışdı.
Editor.az qarşı tərəf olaraq “Neptun” supermarketlər şəbəkəsinin mövqeyini öyrənmək istəsə də, buna müyəssər olmayıb.
Əməkdaşımız şirkətin 162 saylı telefon qaynar xətti ilə əlaqə saxlasa da, qarşı tərəf olaraq heç bir mövqe öyrənə bilməyib.
Şirkətin operatoru sualımızı dinlədikdən sonra “Müdiriyyət Bakıda yoxdur, özləri sizinlə əlaqə saxlayıb, informasiya verəcək” deyib, koordinatlarımızı götürsə də, üzərindın xeyli vaxt keçməsinə baxmayaraq, hələ də heç bir məlumat verilməyib.
Görünür “Neptun” ümumiyyətlə ictimai rəylə hesablaşmağa lüzum duymayıb.
Qarşı tərəf cavab vermək istəsə, dərc edə bilərik…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər