BolgeXeber.Com » Gündəm » Evin bölüşdürülüməsi mübahisəyə səbəb oldu - VİDEO

Evin bölüşdürülüməsi mübahisəyə səbəb oldu - VİDEO

16-09-2014, 17:00
Oxunub: 3 252 Dilarə Həsənovanın artiq 5 ildir ki, gözlərinin yaşı qurumur

Gözlərindəki yaşa səbəb həyat yoldaşı tərəfindən hər gün döyülüb, söyülməsidir. Onun bu əzab içərisində döyülərək keçmiş həyat yoldaşı ilə yaşamasına iki səbəbi var. Evinin yoxluğu və iki övladı ilə çöldə qalmaq qorxusu.

ANS-nin məlumatına görə, üzünün göstərilməsini istəməyən müsahibim , keçmiş həyat yoldaşı tərəfindən göyərdilmiş qollarını gizlədə bilmədi. O 1992-ci ildə Saleh Allahverdiyevlə ailə həyatı qurub. 2011-ci ildə isə yoldaşından ayrılmaq qərarına gəlib. Səbəbdə yola getməmələrini göstərir. Amma şiddlətli keçimsizlik səbəbindən ayrılsalarda hələ də eyni evdə yaşamaq məcburiyyətindədirlər. Sonunucu dəfə isə 2 gün bundan əvvəl həyat yoldaşı tərəfindən möhkəm döyülən Dilarə xanım 17 və 18 yaşında olan övladlarını da götürüb , evdən çıxaraqa bacısının mənzilində yerləşib. Hər dəfə həyat yoldaşı tərəfindən döyüləndə polis bölməsinə müraciət etsədə keçmiş əri cəmi bir saat bölmədən qaldıqdan sonra evə buraxılıb. İndi çarəsiz iki övladı ilə qohumlarına sığınan Dilarə xanım nə edəcəyini , kimə müraciət edəcəyini və hara gedəcəyini bilmir.

Şikayətçi Dilarə Aslanova deyir ki, bağçada işləyir. Yəni övladlarını saxlaya bilər. Ona lazım olan təkcə evdir ki, övladları ilə orada rahat yaşasın.

Hüquqşünas Tahir Əlirzayevin sözlərinə görə, məhkəmələrdə te-tez boşanmalarla qarşılanşan hüquqşünaslar isə deyir ki, əgər mülk ər və arvadın ailə qurmasından sonra əldə olunubsa o zaman ev hər iki tərəf araında bərabər bölünməlidir. Yox əgər xanım həmin evə gəlin gəlibsə o zaman ancaq ərin icazəsi ilə ev bölünə bilər.

Belə olan halda Dilarə xanıma qalir ya həmin evdə yaşayıb, həyat yoldaşı tərəfindən ona verilən işgəncələrə dözmək ya da aliment almaqla özünə başqa bir ev almaq. Təbii ki, alınacaq alimentlə ev almaq isə müşkül məsələdir.
Bolgexeber.com