Nərimanov rayon prokuroru və müavini işdən çıxarıldı
17-09-2014, 10:45
Oxunub: 3 184
Baş Prokurorluq Nərimanov rayon prokurorunun işdən qovulması ilə bağlı məlumat yayıb
Bolgexeber.com daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluq tərəfindən aparılmış araşdırmalarla Nərimanov rayon prokurorluğu əməkdaşlarının xidməti vəzifələrinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin və Baş Prokurorluq üzrə müvafiq əmrlərin tələblərini pozmaqla istintaq və təhqiqat zamanı süründürməçiliyə, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri prinsipiallığın göstərilməməsi, eləcə də əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi və vətəndaşların müraciətlərinə vaxtında və obyektiv baxılmaması hallarına yol verdikləri müəyyən edilib.
Bakı şəhər sakini Ramazan Səlimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Həsən Əliyev tərəfindən aldadılaraq külli miqdarda pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilməsinə dair müraciəti üzrə prokuror vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiklərinə, həmçinin digər cinayət işləri və materiallar üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi yarıtmaz həyata keçirdiklərinə, habelə xidməti intizamı kobud şəkildə pozduqlarına görə Baş Prokurorluq üzrə müvafiq əmrlə Nərimanov rayon prokuroru Fikrət Mahmudov və prokuror müavini Cavid Quliyev tutduqları vəzifədən azad edilib, rayon prokurorunun köməkçisi Samir Məmmədov isə prokurorluq orqanlarından xaric edilib.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər