BolgeXeber.Com » Gündəm » Ağsu icra başçısından narazılıq-VİDEO

Ağsu icra başçısından narazılıq-VİDEO

17-09-2014, 12:40
Oxunub: 4 740 Görəsən ölkə başçısının Ağsunun quruculuq-abadlıq işləri üçün ayırdığı pullar hara gedir?!

Zaman-zaman rayonlarda yerli icra orqanlarının fəaliyyətləri barədə mediada xəbərlər yayılır. Bunların arasında isə daha çox adları hallanan hansısa nazirin və ya komitə sədrinin qohumudur ki, onlarda həmin rayonu tamamilə özəlləşdiriblər. Bunlardan da biri Ağsu Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdir. Məlumat üçün bildirək ki, Ənvər Seyidəliyev Dövlət Sosial Müdafiə Fondunun rəhbəri Səlim Müslümovun dayısıdır.

Son zamanlar Ağsuda vətəndaşlarım narazılığı səngimək bilmir. Elə ötən günlərdə bir qrup rayon sakini rayonda baş verən özbaşınalıqlarla bagli Bolgexeber TV-yə musahibə veriblər.Sakinlərin sözlərinə görə Ağsudakı dövlət idarələrinin əksəriyyəti Ənvər Seydiəliyevin qohumlarının əlində cəmləşib. Villalarına,masinlarına,və torpaqları mənimsəməyə bası qarışan icra başcısı sakinlərin problemləri ilə maraqlanmır və yalnız oz mənafeyini duşunur.Hətta sakinlər qeyd etdilər ki,Ənvər Seyidəliyev bəzi şəxlərə pulla vəzifə də verir.
Digər məlumatlarda bildirilir ki,icra başçısı sahibkarlara eləcə də idarə,təşkilat və müəssisə rəhbərlərinə öz hesablarına rayonda abadlıq-quruculuq işləri aparmaga məcbur edir. Maraqlıdır ,görəsən ölkə başçısının Ağsunun quruculuq-abadlıq işləri üçün ayırdığı pullar hara gedir?!
Prezident İlham Əliyevin 2013-cu ildəki Dövlət Proqramının icrasına həsr olunmuş konfransdakı çıxışında icra başçılarına elədiyi xəbərdarlığı deyəsən Ağsu icra başçısı qulaq ardına vurub…!
Mövzünü diqqətdə saxlayacagıq.
Aytən Yaşar
Ayət Sükürlü
Bolgexeber TV