Rayon maşınları Bakıya buraxılmayacaq
17-09-2014, 16:25
Oxunub: 3 119
Bakının mərkəzində nəqliyyat sıxlığını azaltmaq məqsədilə şəhərətrafı dayanacaqlardan geniş şəkildə istifadə olunacaq
Nəqliyyat nazirinin müavini Musa Pənahov 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar hazırlanan geniş tədbirlər planında belə nəzərdə tutulduğunu deyib.
“Çalışacağıq ki, ölkənin başqa rayon və şəhərlərindən gələn vətəndaşlar nəqliyyat vasitələrini mümkün qədər çox şəhərətrafı dayanacaqlarda saxlasınlar. Sərnişinlərin şəhər nəqliyyatı və metrodan istifadə etməklə şəhərin mərkəzi hissələrinə getməsi təmin olunacaq. Bundan başqa, onlara oyunları ziyarət etmək üçün şərait yaradılacaq”- deyə M. Pənahov bildirib.
Nəqliyyat nazirinin müavini qeyd edib ki, I Avropa Oyunları ilə bağlı nazirliyin geniş proqramı var. M. Pənahov əlavə edib ki, proqramda nəqliyyat sahəsi ilə bağlı bütün məsələlər I Avropa Oyunlarına qədər həll olunacaq.apa
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər