Sabiq rəisin qətl törətdiyi xəbəri yayıldı - Şok
17-09-2014, 18:50
Oxunub: 2 638
Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev yenidən mətbuatın diqqət mərkəzindədir.
Musavat.com-a etibarlı mənbədən daxil olan məlumata görə, Telman İsmayılovun (AST Telman –red.) Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Qəmbər qızının bədəni üzərində zorakılıq əlamətləri olub. Məlumata görə, polis rəisi qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilinir.
Qaynağımız iddia edir ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.
Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.
Bəzi məlumatlara görə, polis rəisinin öldürdüyü iddia olunan xanımın atası da Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşı olub. Uzun müddət yol polisində çalışıb.
Məsələ ilə bağlı İstanbuldakı konsulluğumuza, XİN-ə sorğular versək də, hələlik cavab almamışıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər