Bakıda qəribə motivili bıçaqlanma
22-11-2011, 13:35
Oxunub: 6 445
Saxlanılan şəxs: "Məni ötüb keçdi, bundan əsəbləşdim".
Bakının Sabunçu rayonunda qəribə motivi olan bıçaqlanma olub. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 18-də naməlum şəxs Maştağa qəsəbəsi, Xanlar küçəsində yaşayan Kamran Kərimovun qarın nahiyəsindən bıçaqla xəsarət yetirib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Şəhriyar Abbasquliyev noyabrın 21-də tutulub.
Bıçaqlanmanın qəribəliyi isə hadisənin maşınla ötmə üstündə düşən mübahisə zəminində baş verməsindədir. K.Kərimov idarə etdiyi maşınla Ş.Abbasquliyevin maşınını ötüb. Bu isə Şəhriyara xoş gəlməyib və Kamranı “razborka”ya çağırıb. Mübahisə zamanı Şəhriyar bıçaqla Kamranın qarnına xəsarət yetirib.
Ş.Abbasquliyev ilkin ifadəsində də "Məni ötüb keçdi, bundan əsəbləşdim" deyərək özünə haqq qazandırmağa çalışıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126.1-ci) maddəsi ilə cinayət işi başlanıb. Ş.Abbasquliyevin barəsində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər