Kinostudiyada villa tikən oliqarx kimdir? - fotolar
18-09-2014, 09:05
Oxunub: 4 249
“Ərazinin sahibi deyir, yer mənimdir, özüm bilərəm. İstəyərəm bir dənə ev tikərəm, istəyərəm beş dənə”
Bu sözləri Axar.az-a Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətində aparılan tikintiyə nəzarət edən, özünü iş icraçısı kimi təqdim edən İlqar adlı şəxs sifarişçinin sözünü çatdırarkən dedi. Onun sözlərinə görə, ərazi hazırda kinostudiyanın balansında deyil. Sözügedən yerlər vaxtilə kinostudiyanın balansında olsa da, hazırda bir sahibkar tərəfindən alınıb.
Ərazidə olduğumuz zaman çəkiliş aparmaq istəsək də, iş icraçısı hasarlanmış ərazidən içəri daxil olmağımıza və çəkiliş aparmağımıza izn vermədi. Ondan ərazinin sahibi ilə danışmaq üçün bizə şərait yaratmasını xahiş etdik. Lakin bunun mümkün olmadığını bildirdi:
“Vaqif müəllimlə danışım, görüm nə deyir. Özbaşına icazə verə bilmərəm”.
İş icraçısı yerin sahibi olduğunu dediyi Vaqif müəllimlə danışdıqdan sonra birdən-birə “fəhləyə” çevrildi:
“Mən burada adi fəhləyəm. Şəxsi adamdı buranın sahibi. Deyir, özüm bilərəm, öz ərazimdir, istəyərəm bir dənə ev tikərəm, istəyərəm beş. Deyir ev mənimdir, heç kəsi buraxma, vəssalam. Mən də buraxmıram”.
Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycanfilm Kinostudiyasının həyətinə aid olan meşəlik məhv edilir. Sözügedən ərazi yaşayış evləri tikmək məqsədilə müəyyən hissələrə ayrılıb, artıq hasarlar da çəkilib.
Azərbaycanfilm Kinostudiyasının direktoru Müşfiq Hətəmov isə Axar.az-a sözügedən ərazinin onlara aidiyyəti olmadığını bildirib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsi faktı ilə bağlı araşdırmalara başlayıb.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər