Masallı qaranlığa qərq oldu
18-09-2014, 16:50
Oxunub: 3 565
Masallı rayonu günorta saatlarından sonra elektrik enerjisiz qalıb
Bu barədə rayon sakinləri məlumat veriblər.Onların bildirdiyinə görə, rayon Elektrik İdarəsinin yayda gördüyü “hazırlıq” bircə dəfə yağan yağışa tab gətirməyib. Belə ki, bu gün yağan yağışdan sonra İsgəndərli qəsəbəsində yerləşən Paylaşdırcı Stansiya sıradan çıxıb. İdarədən verilən məlumatda isə deyilir ki, axşam saatlarına qədər elektrik enerjisinin verilişi bərpa olunmayacaq.
Jam.az xəbər verir ki, Masallı Elektrik İdarəsinin rəhbərinin kim olduğu heç kimə məlum deyil. İddia edilir ki, bu idarəyə imkanı olan şəxslər bir neçə aylığına öz adamlarını gətirərək, bəzi maxinasiyalar etməklə pul qazanırlar. Həmin müddət başa çatdıqdan sonra isə başqa birinin qohumu idarənin başına keçib eyni əməliyyatları reallaşdırırlar.
Bu əsnada məlum olan odur ki, belə davam edərsə, payızın ortaları və qışda rayon əhli işıqsız qalmalı olacaq. Çünki İdarənin nəzarətində olan stansiya, yarımstansiya və transformatorlar hamısı köhnə, həm də bir çoxları istismara yararsızdır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər