Bakı Biznes və Kooperasiya Kollecinin direktorunun qanunsuz əməlləri
20-09-2014, 11:20
Oxunub: 4 462
Fatimə Quliyeva tələbələrin problemləri ilə maraqlanmır
Artıq yeni tədris ili başlar-başlamaz təhsil sferasındakı problemlər özünü büruzə verməyə başlayıb. Xüsusisilə orta ixtisas təhsili müəssisələrində bu gün bir sıra çatışmazlıqlar yaşanmaqdadır. Belə təhsil ocaqlarından biri Bakı Biznes və Kooperasiya Kollecidir. Dəfələrlə sözügedən təhsil ocağında baş verən neqativ hallarla bağlı informasiya versək də, aidiyyəti qurumlar bununla bağlı ölçü götürmürlər. Qeyd edək ki, kollecin direktoru Fatimə Quliyevadır. Onu da bildirək ki, Fatimə Quliyeva vəzifəyə gəlməmişdən öncə də sözügedən təhsil müəssisəsinin fəaliyyətində nöqsanlar baş alıb gedirdi.Ümid edilirdi ki, yeni direktor kollecdə yaşanan anormal vəziyyəti yaxşılığa doğru dəyişəcək. Təəssüflər olsun ki, təhsil naziri Mikayıl Cabbarov da sözügedən təhsil ocağında durumu dəyişə bilmədi. Hazırda Fatimə Quliyevanın rəhbərliyi altında Bakı Biznes və Kooperasiya Kolleci bir sıra nöqsanları ilə fəaliyyət göstərir. Bir qrup tələbənin redaksiyamıza verdiyi məlumata görə, dərs ili başlar-başlamaz problemlər artıq özünü göstərməyə başlayıb. Qeyd edək ki, kollec Nazirlər Kabinetinin 21.01.2002-ci il və "Azərittifaq"ın idarə heyətinin 30.01.2002-ci il 15 saylı qərarına əsasən 2002-ci ildən Bakı Biznes və Kooperasiya Kolleci kimi fəaliyyət göstərir. Kollecdə 40-dan çox sinif otağı, 25 fənn kabineti, kimya laboratoriyasi, kompyuter otağı və tələbə yeməkxanası fəaliyyət göstərir. Burda əyani və qiyabi təhsil formaları üzrə 1500-dən çox tələbə təhsil alır. 120 nəfər müəllimin çalışdığı təhsil müəssisəsində mühasibat uçotu və maliyyə, biznes və idarəetmə, informatika və qiyabi şöbələr fəaliyyət göstərir. Məlumat üçün qeyd edək ki, Quliyeva Fatimə Ağayar qızı1979-cu ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Sabunçu rayon 187 saylı məktəbdə oyxuyub. 1995-ci ildə Bakı Dövlət Universitetinin "mexanika-riyaziyyat" fakültəsinə daxil olub. 2003-cü ildə Kooperasiya Universitetində müəllim kimi əmək fəaliyyətinə başlayıb. 2004-cü ildən isə baş müəllim vəzifəsində çalışıb. 19 sentyabr 2011-ci ildən Bakı Biznes və Kooperasiya Kollecinin direktorudur. Təəssüf ki, onun direktor kimi fəaliyyəti kollecdə təhsil alan tələbələrin ürəyincə olmayıb. Etibarlı mənbələrdən əldə etdiyimiz bilgilərə görə, üç ildir Bakı Biznes və Kooperasiya Kollecinə rəhbərlik edən Fatimə Quliyeva təhsil ocağını inkişaf etdirib irəliyə aparmaq əvəzinə daha da pis vəziyyətə salıb. Sözügedən təhsil ocağında təhsilin səviyyəsi çox aşağıdır. Müəllimlərin dərsə davamiyyəti sıfıra bərabərdir. Dərslərin çoxu boş keçir. Tələbələr dəfələrlə direktora bununla bağlı müraciət etsələr də, direktor tələbələrə tez zamanda problemin həll olunacağını deyərək onları yola salıb. Semestr ərəfəsində bir dəfə də olsun tələbələrin problemi ilə maraqlanmayan direktorun imtahan zamanı səlahiyyətləri yadına düşür. İmtahan ərəfəsində tələbələrlə iclas keçirən Fatimə Quliyeva tələbələrə irad tutur ki, niyə vaxtında bu problemi mənə bildirməmisiniz. Halbuki Quliyeva özü vaxtlı-vaxtında işində olmur. Deyilənə görə direktorun işinin başında olmamasından istifadə edən müəllimlər var. Ona görə də bu sözügedən təhsil müəssisəsində təhsilinin keyfiyyəti bərbad vəziyyətdədir. Həmin kolleci bitirən tələbələrin işlə təmini məsələsində problemlər yaranır. Demək olar ki, kollec məzunları iş tapmaqda çətinlik çəkirlər. Çünki bilik səviyyələri o qədər aşağı olur ki, imtahan verib haradasa işə girə bilmirlər. Yazı ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.
Ümumiyyətlə bu təhsil ocağında köklü yoxlamaların tam zamanıdır.gundelik-baku
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər