Türmə rəisi və müavini məhbusa bilərəkdən əziyyət verir ?
20-09-2014, 12:50
Oxunub: 4 067
12 saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya, qanunsuzluq baş alıb gedir
Şəmkir rayonu Çinarlı qəsəbə sakini Abdullayeva Fatma Əziz qızı tərəfindən Bolgexeber.com -a şikayət məktubu daxil olub.Bolgexeber.com həmin məktubu olduğu kimi təqdim edir:
“Mənim oğlum 12 saylı Cəza Çəkmə Müəssisəsində cəza çəkən məhkum Bayramın həyatı ciddi təhlükə qarşısındadır. Belə ki, 12 saylı CÇM-nin rəisi Rauf Məmmədov, onun müavini Qaçay Aslanov orada korrupsiya şəbəkəsi yaradıblar. Nəticədə imkansız məhkumlar əziyyət çəkirlər. İmkanlı, istənilən pulu verə bilən məhkumlar istədikləri hərəkətləri edə bilirlər, imkansız məhkumlar isə zülm, əziyyət çəkirlər. Rəhbərlik qəsdən oğlumla düşmən olan Elçin adlı məhkumu onunla bir yerə yerləşdirib ki, istədiyi pulu ala bilsin. Şəxsən müavin Qaçay Aslanov oğlum Bayramdan pul istəyib ki, Elçin adlı məhkumu başqa kameraya keçirsin. Ancaq bizim istənilən pulu verməyə heç bir maddi imkanımız yoxdur, pensiyaçıyam. Çox ağır şəraitdə yaşayırıq.
Mən də, oğlum Bayram da Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ərizə ilə müraciət edib, oğlumun Şəki Penitensiar Müəssisəsinə köçürülməsinə kömək etməsini xahiş etmişdik. Ərizəmizə cavab olaraq bildirildi ki həmin müəssisə istifadəyə veriləndə müraciətiniz nəzərə alınacaq. Ancaq Şəki Penitensiar Müəssisəsi istifadəyə verilsə də, oğlum Bayramı oraya köçürmədilər.
Qeyd edim ki, 12 saylı CÇM-də hər şey pulludur. Özbaşınalıq, korrupsiya, qanunsuzluq baş alıb gedir. Bütün bunların başında rəis Rauf Məmmədov və müavin Qaçay Aslanov dayanır. Mən Penitensiar Xidmətin rəisi general Mədət Quliyevdən xahiş edirəm, bizə kömək etsin. Oğlum Bayramın həyatı ciddi təhlükədədir, xahiş edirəm, bizə kömək edin…”.
Şikayətlə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər