BolgeXeber.Com » Gündəm » Ukraynada 20 terrorçu öldürüldü

Ukraynada 20 terrorçu öldürüldü

20-09-2014, 19:00
Oxunub: 3 059 Mariupol Ukrayna silahlı qüvvələrinin nəzarətindədir

Ukraynada müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq qanunsuz silahlı qruplaşmaların Antiterror əməliyyatının mövqelərinə hücumu davam edir.
Cavab atəşi açan Ukrayna ordusu 20 terrorçunu öldürüb,1 reaktiv sistemi və 4 minomyotu sıradan çıxarıb. Antiterror əməliyyatının informasiya mərkəzinin məlumatına görə, Luqansk vilayətinin bir neçə şəhərində blokpost və dayaq məntəqələri atəşə tutulub. Qanunsuz silahlı qruplaşmaların ölkə ərazisinə keçməsinin qarşısını almaq məqsdi ilə dövlət sərhədində mühəndis işləri aparılır. Mariupolda isə vəziyyət sabitdir, şəhər Ukrayna silahlı qüvvələrinin nəzarətindədir.