Anti-korrupsiya Komissiyasından yenilik - Foto
22-09-2014, 16:10
Oxunub: 3 670
Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində yaradılmış Rusum.az portalı yeni versiyada istifadəyə verilib
Bu barədə Bolgexeber.com-a Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyadan məlumat veriblər.
Məlumata görə, Rusum.az portalının yeni versiyası vətəndaşların ən çox müraciət etdiyi dövlət xidmətləri üzrə məlumatların daha asan, çevik və operativ şəkildə əldə edilməsi üçün hazırlanıb.
Yeni Rusum.az portalında vətəndaşlar aşağıdakı məlumat və xidmətlərə çıxış əldə edə bilərlər:
1. Seçilmiş rüsumlar – vətəndaşların ən çox istifadə etdiyi rüsumlar
2.Rüsumlar – dövlət orqanları tərəfindən tətbiq edilən bütün rüsumlar
3. “ASAN Xidmət” onlayn növbə - ASAN Xidmət mərkəzlərində növbənin vəziyyəti
4. “ASAN Xidmət” növbə tutulması - ASAN Xidmət mərkəzlərində onlayn növbə tutulması
5. Kalkulyatorlar - vergilər, pensiya, avtomobillərin texniki baxışı, icbari sığorta və gömrük rəsmiləşdirməsi kalkulyatorları
6. Dövlət qurumlarına müraciət –dövlət qurmlarının əlaqə vasitələri və onlayn müraciət imkanı
7. Lisenziya - sahibkarlıq fəaliyyəti ilə bağlı lisenziyaların alınması prosedurları
8.Vizalar – xarici səfərlər üçün vizaların alınması qaydaları
9. Onlayn ödəmə - elektron formada dövlət orqanları və digər qurumlara olan ödənişlərin həyata keçirilməsi
10. Faydalı məlumatlar – dövlət orqanları tərəfindən göstərilən xidmətlər barədə faydalı məlumatlar
11. İctimai Forum - dövlət qurumları tərəfindən göstərilən xidmətlər və ictimaiyyət üçün əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi
Qeyd edək ki, Rusum.az portalı 2010-ci ildən fəaliyyət göstərir, portalın yaradılmasında məqsəd şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərə töhfə verməkdir. Rusum.az portalı Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın dəstəyi ilə korrupsiyaya qarşı mübarizə sahəsində ixtsaslaşmış “ProDemos” və “Antikorrupsiya Araşdırmalar Mərkəzi” qeyri-hökumət təşkilatlarının birgə səyi nəticəsində hazırlanıb. Bolgexeber.com
-
[img]uploads/1411388193_axar.az1411382519Korrupsiya -foto.jpg
[/img]
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər