BolgeXeber.Com » Gündəm » "Azərsun"un zavodlarında biabırçı mənzərə - FOTOLAR

"Azərsun"un zavodlarında biabırçı mənzərə - FOTOLAR

23-09-2014, 11:20
Oxunub: 2 220 İmişli rayonunda fəaliyyət göstərən «Azərsun» holdinqin şəkər və yem zavodunda baş alıb gedən özbaşınalıqlardan şikayət var. Oxucuların nəzərinə çatdırmaq istəyirik ki, bir qədər əvvəldə adı çəkilən faktlarla bağlı Teref.infonun poçtuna Qarabağ müharibəsi veteranı Quliyev Zaur Əliqulu oğlundan şikayət daxil olmuşdu və biz onu dərc etmişdik. Şikayətçinin birbaşa «Azərsun» holdinqin prezidenti Abdolbari Goozala mətbuat vasitəsi ilə müraciət etdiyinə görə onu polisə aparmışdılar.

Şikayətçinin dediklərini bizdə görmək üçün İmişli rayonuna Teref.infonun müxbirini ezam etdik. Orda gördüyümüz və eşitdiyimiz dəhşətli mənzərələr və hadisələr, insan həyatına biganəlik. Qanunun ancaq bu zavod rəhbərlərinin əmrləri daxilində həyata keçdiyi daha nələr daha nələr…

Təhlükəsizlik deyilən bir nəsnə burda hörmətdə deyil. 13 dekabr 2012- ci ildə Cəbiyev Azər ,Əmiraslanov Namiq təhlükəsizlik qaydalarına riayət olunmadığı üçün həlak oldular.

Bu yaxında orada yenə təhlükəsizlik qaydalarının qurbanı qənd sexində 24 yaşlı bir gəncin Mehdiyev Mehdi Əzizoğlunun ayağı kəsildi. Hal-hazırda gənc İmişli rayon xəstəxanasında yatır.Onu Bakıya gətirsəydilər, bəlkə də ayağını kəsməzdilər.Onun ailəsinə çox vədlər verərək məsələni ört-basdır etdilər.

Burda əcnəbi işçilərdə işləyir və onlara göstərilən qayğı yerli fəhlələrə göstərilimir. Bu aldıqları maaşdada, təhlükəsizlik qaydalarına riayətdədə özünü göstərir. Ona görədə əcnəbi işçilər yerlilərlə aşağılayıcı rəftar edirlər.

Qeyd etmək istəyirik ki, bunu şikayətçi qeyd edir və müxbirimiz də bunu n şahidi oldu.

Azərbaycanlı işçilər heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan hündürlüklərdə təhlükəsizlik kəməri olmadsan işlədilir.

327 m hündürlükdə işləyən bu fəhlələr hansı risqə getdiklərini başa düşürlər lakin lənətə gəlmiş çorək pulu.

O boyda toz dumanın içində işləyən fəhlələrə maskalar verilmir. Bu da bir başa vərəm xəstəliyinə səbəb olan amıldır.

Yerli fəhlələr 12 saat işlədib 8 saatın pulunu ödəyirlər. Etira edəndə də deyirlər xoşun gəlmir gedə bilərsən!

İmişlidə səhərə yaxın havadan kəsin qoxu gəlir.İnsan bu qoxudan evdə nə yata .nə də nəfəs ala bilir.Bu zavodun havaya buraxdığı zəhərli qazlardır.

Burda baş alan natəməliyə isə özünüz fotolarda baxa bilərsiniz!

Bütün bunların arxasında duran isə zavodun direktoru Fərhad Tuğaldır. O burda nə istəyirsə onuda edir və onun sözünün qarşısında söz demək olmaz. Söz deyənlərə isə barmaq silkələyirBiz məlumat almaq üçün Fərhad bəylə zəng etdik, lakin o bizə mətbut katibinin bizimlə əlaqə yaradacağını desədə heç kim əlaqə yaradıb suallarımıza cavab vermədi.

Bunun əvəzində isə şikayətçi Qarabağ veteranı Zaur Quliyevi polis idarəsinə aparıb şikayət etdiyinə görə sorğu suala tutmuşdular.

Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq.

Teref.info

P.S. Yazımız gedəndən sonra «Azərsun» holdinqin mətbut xidməti Afiq müəllim bizə zəng etdi və suallarımızı yazılı şəkildə istədi. (Bir qədər əvvəl biz ona zəng edəndə Fransada olduğunu və sabah əlaqə saxlamağı məsləhət görmüşdü.) O bütün deyilənlərin yalan olduğunu dedi. Lakin bizdə bunlar haqqında fotoların olduğunu, ayağı kəsilən adamla müsahibənin isə videosu olduğunu bilndən sonra sabah əlaqə saxlayacağını dedi.