BolgeXeber.Com » Gündəm » Laçın təhsilinin Şahlar Xəlilov problemi

Laçın təhsilinin Şahlar Xəlilov problemi

23-09-2014, 15:45
Oxunub: 5 472 Ramiz Cəbrayılovla Şahlar Xəlilovun əvvəlcədən hazırladıqları planları baş tutur

Mikayıl Cabbarovun Təhsil nazirliyinə rəhbər təyin olunması insanlarda təhsildə yeni bir dövrün başlanmasına inam yaratdı. Saxta diplom almaqla təhsilə müxtəlif yollarla ayaq açanların tapılıb ifşa olunması da görülən işlərin nəticəsidir. Təhsil şöbələrinin ləğvi və təhsilə cavan, savadlı kadrların axının sürətləndirlməsi bu sahəyə olan diqqət və qayğının uğurlu nəticəsi kimi qiymətləndirilir. Çox təəssüflər olsun ki, qazanılan bu uğurlu nəticələrə hələ də kölgə salanlar tapılır. Elə Binə qəsəbəsində yerləşən Laçın rayon 46 saylı tam orta məktəbdəki qanunsuz işlərlə bağlı redaksiyamıza bir qrup laçınlı sakinlər tərəfindən ünvanlanan faktlara söykənən müraciət bunları təsdiq edir. Sakinlərin verdiyi məlumata görə hələ qaçqınçılıqdan əvvəl Laçın rayonunda məktəblərdən birində direktor vəzifəsində çalışan Şahlar Xəlilov törətdiyi əmələ görə vəzifədən uzaqlaşdırılmış və təhsildə arzuolunmayan şəxs statusu almışdır. Ancaq 2006-cı ildə Şahlar Xlilov bütün əlaqələrini işə salır. Müxtəlif adamların əli ilə Elbrus Təhməzova xod tapa bilir.

Tez bir zamanda icra başçısını aldadıb, yağlı vədlər verməklə təhsil şöbəsinə müdir təyinatı almağı bacarır. Çox keçmir ki, Elbrus Təhməzov haqqında yuxarılara qalaq-qalaq məlumatlar ötürülür. Bu minvlla Elbrus Təhməzovun da fərmanı verilir. Ramiz Cəbrayılovla Şahlar Xəlilovun əvvəlcədən hazırladıqları planları baş tutur. Və Ramiz Cəbrayılov laçın rayonuna icra başçısı təyin olunur.

İki qohum meydanda birləşərək atlarını sağa və sola çapırlar. Korrupsiya və rüşvətə söykənən idarəetməçilik rayon sakinlərini hərəkətə gətirir. Laçınlıların şikayəti əsasında Rayonda yoxlamalara start verilir. Rayon büdcəsində külli miqdarda yeyinti aşkarlanır. Bunun da çox hissəsi təhsilin payına düşür. Ramiz Cəbrayılov işlərin pis olduğunu görüb Şahlar Xlilovun onun başına bəla olacağını əvvəlcədən hiss edir. Amma, başa düşür ki, nə ediblərsə birlikdə edilib. Elə ona görə də Şahlar Xəlilovu pensiya yaşına görə bir il də saxlamaq məcburiyyətində qalır. Dövlət qulluqçusu kimi yüksək məbləğdə penisya alsın deyə(600 manat) Ramiz Cəbrayılov bir il də gözləyir. Şahlar Xəlilovun dövlət qulluqçusu kimi penisya yaşı çatır. Bir ildən sonra Şahlar Xəlilovu Təhsil şöbəsindən müdir vəzifəsindən çıxardıb Binə Qəsəbəsində yerləşən 46 saylı tam orta məktəbə direktor vəzifəsinə təyin elətdirir. Çox keçmir ki, Ramiz Cəbrayılovun cinayətlərinin miqyası genişlənir. Və günlərin birində hüquq-mühafizə orqanları tərəfindən saxlanılır və tezliklə də azad olunur. Cənab prezidentin fərmanı ilə vəzifədən uzaqlaşdırılır. Şahlar Xəlilovun tükürpədici əməlləri barədə bilmək istəyirsinizsə bizi izləyin. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Ardı var)
R.Laçınlı