İsmayıllı məhbusları azadlığa buraxıldı
24-09-2014, 16:55
Oxunub: 3 211
Bu gün Şəki Apellyasiya Məhkəməsində “İsmayıllı işi” üzrə növbəti məhkəmə iclası keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə İsmayıllı hadisələri zamanı həbs olunan Tofiq Yaqublunun qızı Nigar Yaqublu özünün facebook hesabında məlumat yayıb.
N.Yaqublu bildirib ki, məhkəmənin qərarı ilə Tofiq yaqublu və Real hərəkatının sədri İlqar Məmmədov həbsdə saxlanılıb: “Anar Həsənov və Qəmbər Ağamalıyev məhkəmə zalından azadlığa buraxıldı”.
Qeyd edək ki, bu il yanvarın 23-də «Çıraq» otelinin inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli sakinləri təhqir etmişdilər. Etirazçılar «Çıraq» otelini yandırıblar. Bundan sonra bir qrup sakin oteli və onun həyətində olan xarici markalı maşınları yandırmışdı. Yanvarın 24-də isə yerli sakinlər rayon icra başçısının istefası tələbilə etiraz aksiyasına başlamış və olay təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilmişdi. İlqar Məmmədov və Tofiq Yaqublu yanvarın 24-də vəziyyətlə tanış olmaq üçün İsmayıllıya getmişdilər. Sonra onlar həbs edilmişdilər. İsmayıllı hadisələrinə görə tutulanlar «külli miqdarda əmlakı məhvetmə», «kütləvi iğtişaşlar təşkiletmə, bu cür hərəkətlərdə fəal iştiraketmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiqetmə» maddələri ilə itiham olunub.
İlqar Məmmədov 7, Tofiq Yaqublu 5, Qəmbər Ağamalıyev 4 il 6 ay Anar Həsənov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər