BolgeXeber.Com » Gündəm » Göyçayda ailə faciəsi

Göyçayda ailə faciəsi

28-09-2014, 09:30
Oxunub: 2 347 Sürücü sükan arxasında sərxoş olub.

Göyçay rayonunda ailənin bir üzvünün ölümü, iki üzvünün ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.Hadisə bu gün gecə saat 22:00 radələrində Göyçayın Məlikkənd kəndində qeydə alınıb.

Ucar rayonu Qulabənd kənd sakini 1971-ci il təvəllüdlü Nuriyev Əzəmməd Abdurrəhman oğlu idarə etdiyi 33-BC-719 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton elektrik dirəyinə çırpılıb.

Hadisə zamanı qırılan beton elektrik dirəyi avtomobilin üzərinə düşüb. Nəticədə, sürücü Əzəmməd Nuriyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, onun həyat yoldaşı 1978-ci il təvəllüdlü Nuriyeva Ulduzə Əliyar qızı və 2003-cü il təvəllüdlü Nuriyeva Əfsanə Əzəmməd qızı ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının reanimasiya və travmatologiya şöbələrinə yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı elektrik dirəyi aşıb və yüksək gərginlikli elektrik xətləri qırılıb, rayonun 6 kəndi işıqsız qalıb. Məlumata görə qəzaya düşən ailə toy mərasimindən qayıdırmış və sürücü sükan arxasında sərxoş olub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.