İcra başçısı “Bakıxanov bazarı”nı niyə sökdürmədi?
29-09-2014, 08:30
Oxunub: 3 588
Paytaxtın Sabunçu rayonunda yerləşən Bakıxanov yarmarkasının sökülməsi ertələnib.
Axar.az-ın əldə etdiyi məlumata görə, el arasında “Razin talkuçkası” adlanan ticarət mərkəzinin sahmana salınması və yolun genişləndirilməsi üçün rəsmi qərar hazırlanır. Belə ki, “Azəryolsevis” ASC bu ərazidə tıxacların aradan qaldırılması üçün yolun genişləndirilməsinə qərar verib. Qərar rəsmi qaydada təqdim olunduqdan sonra bazarın yığcamlaşdırılması işləri aparılacaq. Yarmarkanın sahəsindən kənara çıxan, yol üstündə ticarət açanların yeri söküləcək, ticarət mərkəzi səliqə-sahmana salınacaq.
Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı Adil Vəliyev yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilərin etirazından sonra qərara gəlindi ki, bazar abadlaşdırılsın, yol genişləndirilsin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər