Əlillər nazirliyin qarşısında etiraz aksiya keçirirlər - FOTOLAR
29-09-2014, 11:15
Oxunub: 2 850
Bu gün-sentyabrın 29-da Mərdəkanda yerləşən müalicə pansionatında yaşayan əlillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Virtualaz.org saytının nazirlikdə olan əməkdaşı xəbər verir ki, aksiyada iştirak edən əlillər Gəncədə yerləşən pansionata köçürülmələrinə etiraz ediblər.
Əlillər bildirdilər ki, hazırda yaşadıqları müalicə pansionatı təmir adı ilə bağlanılıb. Buna görə də Gəncəyə göndərilirlər. Lakin Gəncədə ruhi xəstələr üçün olan pansionatda yaşamağa şərait yoxdur.
Aksiya iştirakçıları dedilər ki, əlillərin bir hissəsini Gəncəyə, bəzilərini isə Şamaxıya göndərirlər: “Sentyabrın 26-da bir qrup əlil Gəncəyə göndərilib. Onlar səhəri gün-27-də geri qayıdıblar. Əlillər bildirirlər ki, Gəncədəki pansionatda tualet ancaq ikinci mərtəbədə yerləşir. Buna görə də əlil arabasında olanlar ikinci mərtəbəyə qalxa bilmirlər. Üstəlik pansionatda ruhi xəstələr də qalırlar”.
Əlillər Bakıdakı müalicə mərkəzlərinə köçürülmələrini tələb ediblər.
Nazirliyin şöbə müdiri Vüqar Behbudov aksiya iştirakçılarını dinləyib. Şöbə müdiri deyib ki, əlillərin Bakıda yerləşdirilməsi üçün şərait yoxdur: “Ramanıda ahilllar üçün pansionat olduğundan sizi ora köçürə bilmədik. Yalnız Gəncəyə göndərə bilərik. Gəncədəki ponsionatda ruhi xəstələr yaşamır. Bizim əlilləri Bakıda yerləşdirməyə müəssisəmiz olmadığından Gəncəyə getməkdən başqa çıxış yolu yoxdur”.
Bolgexeber.com


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər