İcra başçısının oğlu qəzaya düşdü - McDonalds-ın rəhbərinin oğlu öldü
29-09-2014, 13:10
Oxunub: 3 733
İcra başçısının oğlunun vəziyyətinin ağır olduğu bildirilir
Bakıda yüksək rütbəli məmur və tanınmış iş adamının övladlarının olduğu avtomobil qəzaya uğrayıb.
Bolgexeber.com milli.az-a istinadən xəbər verir ki, məlumata görə, qəzada McDonalds - Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin 16 yaşlı oğlu Sənan dünyasını dəyişib. Hadisə sentyabrın 27-də saat 18 radələrində baş verib. 26 yaşlı İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi "Howo" markalı yük maşını ilə toqquşub. S. Mirzəyev Ə. Qəhrəmanovun idarə etdiyi maşında olub və sürücü onu Paintball oyunundan evə qaytarırmış.
Hadisə baş verən vaxt M.Mirzəyev ABŞ-da olub və oğlunun ölüm xəbərini eşidərək dərhal ölkəyə dönüb. McDonalds şirkəti də rəhbərlərinin övladını itirməsini təsdiqləyib.
Qafqazinfo xəbər verir ki, toqquşan maşınlardan digərinin sürücüsü Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli olub.
Hadisə nəticəsində hər iki sürücü yaralanıb, İ. Əsgərlinin vəziyyətinin ağır olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər