Gəncədə sürücü yol polisini döydü
30-09-2014, 08:50
Oxunub: 3 573
Gəncədə qırmızı işıqda keçən avtomobili saxlayan yol polisi əməkdaşına xəsarət yetirilib
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı Anar Abdullayev şəhərin Üzeyr Hacıbəyov küçəsində xidmətdə olarkən, bir neçə dəfə işıqforun qırmızı işığında keçən, dövlət nömrə nişanı olmayan “Opel” markalı avtomobili saxlayıb və sürücüdən maşının sənədlərini təqdim etməsini xahiş edib.
Avtomobildən düşən sürücü, 34 yaşlı şəhər sakini Ələddin Hüseynov polis əməkdaşının ünvanına nalayiq sözlər söyləmiş və ona əl ayaq zərbələri endirib. Bu zaman “Opel” markalı avtomobildən düşən qadın yerdən götürdüyü daş parçası ilə yol polisi əməkdaşının qol nahiyəsinə vuraraq xəsarət yetirmişdir.
Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər