Ağsu sakinləri icra başçısından prezidentə şikayət etdilər
30-09-2014, 10:10
Oxunub: 3 559
«Başçı nazir qohumuna güvənir, biz də prezidentə»
Redaksiyamızın elektron poçtuna Ağsu rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevdən şikayət dolu müraciət daxil olub. Narazı Ağsu sakinləri yazırlar ki, nazir qohumuna güvənən icra başçısı illərdir ki, özünü «Ağsunun padşahı» elan edərək ağsululara çilə yaşatmaqdadır.Göndərilən müraciətdə deyilir: «Ənvər Seyidəliyev Səlim Müslümova hər zaman güvənib. Ağsu sakinləri isə göydə Allaha, yerdə isə prezidentə güvənirlər. Ona görə də nazir qohumuna sığınan bu icra başçısının zülmündən prezidentə şikayət edirik və əllərimizi göyə tutaraq Allahdan mədət umuruq.
Bu gün Ağsuda Ənvər Seyidəliyevin kəsdiyi başa sorğu yoxdur. Bütün vəzifələrdə demək olar ki, qohumlarını yerləşdirib. Rayonda kənar bir şəxsin biznes qurması, böyük təsərrüfat sahibi olması da imkansızdır. Əgər kiminsə təsadüfdən biznesi tutubsa, dərhal Seyidəliyevin şəbəkəsi tərəfindən çökdürülür.
Ağsu sakinləri icra başçısından prezidentə şikayət etdilər - «Başçı nazir qohumuna güvənir, biz də prezidentə»…
Fermerlərdən müxtəlif bəhanələrlə pul yığılır. Sahibkarlar isə artıq icra başçısının «rasxodlarını» ödəməkdən beziblər. Amma başqa rayonlardan fərqli olaraq Ağsuda yığılan pulları heç abadlığa da yönəltmirlər.
Qarşıdan qış gəlir. Biz yenə də meşələrə ümidlə baxırıq. Çünki Ağsuda kəndlərə qas çəkilib, - deyilsə də, bu yalandır. Yalnız saxta hesabatlar verirlər. Qaz borularının əksəriyyəti da qaz verilmədiyindən paslayıb.
Rayon mərkəzi isə yolların qazılması səbəbindən müharibə yerini xatırladır. Yəni biz Ağsu camaatı qıza belə gedirik.
Cənab prezident. Xahiş edirik, bu qış soyuqdan donmamağımız üçün Ağsu rayonu üzərində nəzarəti gücləndirin».
Dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər