Şəhid ailələri Milli Məclisin qarşısında aksiya keçirdi
30-09-2014, 14:35
Oxunub: 3 451
Bu gün səhər saatlarında bir qrup şəhid ailəsinin üzvləri Milli Məclisin qarşısında etiraz aksiyası keçirdilər. Aksiyaya səbəb aktiv hərbi əməliyyatlar gedən dövrdə (1992-1994-cü illərdə) ölkənin ərazi bütövlüyü və suverinliyi uğrunda şəhid olan şəxslərin ailə üzvlərinə sığorta ödənişinin verilməməsidir. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasını həyata keçirən “Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti ailələrə bildirib ki, sığorta ödənişini həyata keçirmək üçün Milli Məclisin qərarı olmalıdır.
Etirazçılar bildirirlər ki, atəşkəs dövründə şəhid olanların ailələrinə sığorta ödənişi verilsə də, Qarabağ müharibəsi dövründə şəhid olanların ailələri prosesdən kənarda qalıb.
Aksiyaçıların nümayəndələrini qəbul edən Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, şəhid ailələrinə verilməli olan sığorta ödənişini parlamentdə qaldıracaq və dövlət büdcəsindən vəsaitin ayrılmasını istəyəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər