Bakıda magistral qaz kəmərində güclü partlayış
25-11-2011, 13:00
Oxunub: 6 679
Bakının Binəqədi rayonu ərazisindən keçən magistral qaz kəmərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, noyabrın 24-də saat 22:40 radələrində Bakı Beynəlxalq Avtovağzalının yaxınlığından keçən qaz kəmərində meydana gələn partlayış sonradan yanğına keçib.
Hadisə yerinə 5 yanğınsöndürən briqada cəlb olunub. Yanğının qarşının alınması üçün yanğınsöndürənlər bir saat iş aparıblar. Saat 23:20-də yanğının qarşısı alınıb. Hadisə zamanı ölən olmayıb. Yanğın təxminən 200 metr ərazini əhatə edib. Yanğın zamanı yaxınlıqda olan 90 VM 519 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yanıb.
Onu da əlavə edək ki, partlayış güclü olduğundan bir neçə kilometr uzaqda da səsi eşidilib. Partlayışın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Hazırda FHN mütəxəssisləri araşdırma aparırlar.
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyi Bakı şəhərinin 1, 2, 3, 4 və 5-ci mikrorayonlarında qaz təchizatının bərpası üzrə işləri davam etdirir.
İB-dən bildirilib ki, Bakı şəhərinin doqquz mikrorayonunda qaz təminatı ilə bağlı problemlər Binəqədi rayonu Biləcəri qəsəbəsi, Bakı-Sumqayıt şossesinin kənarından keçən yeraltı qaz kəmərində qaz sızması nəticəsində baş verən yanğından sonra yaranıb. Yanğın noyabrın 24-də saat 23:00-da baş verib.
İB-nin məlumatınada deyilir ki, artıq Rəsulzadə qəsəbəsinin, 6, 7, 8 və 9-cu mikrorayonların qaz təchizatı bərpa edilib və hazırda Mir Cəlal, 20 yanvar, Asif Məhərrəmov, Seyidzadə, Cəlil Məmmədquluzadə, Bakıxanov küçələrinə, eləcə də Tbilisi prospekti və Alatava yaşayış massivinə təbii qazın verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər