Goranboyda 7 nəfəri öldürən şəxslə bağlı - İLGİNC MƏLUMAT(VİDEO)
1-10-2014, 11:50
Oxunub: 3 002
4 qardaşdan biri intihar edib, biri həbsxanadadır, digəri isə...
Goranboy rayonunda törədilmiş dəhşətli qətliamla bağlı maraqlı məqamlar üzə çıxıb. Bolgexeber.com xəbər verir ki, bu barədə Lent.az-a Safıkürd kənd İcra Nümayəndəliyinin rəhbəri Eldəniz Həsənəliyev məlumat verib.Onun sözlərinə görə, Südabə Hüseynova qətliamı törədən Rafiq Hüseynovun ikinci həyat yoldaşı olub: “Daha əvvəl 1 dəfə ailə həyatı quran Rafiq həyat yoldaşından boşandıqdan sonra 30 yaşlı Südabə Hüseynova ilə evlənib. İki ayın gəlini olan Südabə ailə münaqişəsi zəminində atası evinə qayıdıb. Arvadını evinə qaytarmaq məqsədi ilə qayınatasıgilə gələn Rafiq Südabəni evi dönməyə razı sala bilməyib. Əliboş geri qayıdan Rafiq gecə saatlarında evdəki ov tüfəngini götürüb və yenidən qayınatasının evinə üz tutub. Sonra isə məlum qətliam baş verib”.
R.Hüseynova kənd sakinləri arasında xoş münasibət olmasa da, Məmmədovlar ailəsi haqqında müsbət fikirlər bildirilir və zərərçəkmişlər kənddə hörmətli ailə kimi tanınır.
Bildirilir ki, Rafiqin qardaşı Şaiq Hüseynov bir neçə il əvvəl ailə münaqişəsi zəminində özünü asaraq intihar edib. Həmin vaxt (2005-ci ildə) arvadının onu tərk etməsinə dözə bilməyən Ş.Hüseynov özünü öldürüb. Bundan başqa kənd sakinləri R.Hüseynovun əyyaş və narkoman olması haqqında fikirləri qəbul etmirlər. Sakinlərin bildirdiyinə görə, Rafiq ancaq məclisdən-məclisə spirtli içki qəbul edib.
E.Həsənəliyev qeyd edib ki, Hüseynovlar 4 qardaş olub. Onun daha bir qardaşı Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə məhkum edilib. Rafiqə gəlincə, onun adı əvvəllər hər hansı cinayət əməlində hallanmayıb.
Qeyd edək ki, R.Hüseynovun qayınatası evinə tüfəng və qumbara ilə hücum etməsi nəticəsində onun həyat yoldaşı Südabə Məmmədova da daxil olmaqla 7 yaxın qohumu həlak olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər