BolgeXeber.Com » Gündəm » Bakıxanov Çörək Zavodunun direktoru camaatı çörəksiz qoyacaq

Bakıxanov Çörək Zavodunun direktoru camaatı çörəksiz qoyacaq

1-10-2014, 13:05
Oxunub: 3 802 Rasim Nəbiyev 1,5 milyon manat xərc qoyaraq daha bir «Sərham Market» açır, bu səbəbdən qəsəbədəki 10 dükan bağlanacaq

Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yeni bir marketin açılışına hazırlıq gedir. Jam.az xəbər verir ki, «Sərham Market» adlanacaq yeni satış mərkəzinin rəhbəri isə qəsəbədəki Çörək Zavodunun direktoru Rasim Nəbiyevdir.

Bildirək ki, çörək zavodunun direktoru rəhbəri olduğu «Sərham» MMC-nin əliylə elə zavodun yaxınlığında yerləşən böyük bir obyekti satın alıb. Ardından isə onu təmir etdirərək, gündəlik təlabat mağazasına çevirməyi qərarlaşdırıb. Məlumata görə, Nəbiyev yeni marketin təmiri, avadanlıqlarla təmin olunması üçün 1,5 milyon manata yaxın pul xərcləyib.

Təbii ki, yeni marketin açılması qeyri-adi bir şey deyil. Xüsusən də «Sərham Market» faktiki olaraq Sabunçu rayonunda şəbəkəli şəkildə fəaliyyət göstərir. Lakin burada problemli məsələ odur ki, yeni market açılacağı təqdirdə, ərazidə yerləşən «Akkord» yaşayış binalarının aşağısında və yol kənarında yerləşən 10-a yaxın kiçik və orta həcmli dükanlar bağlanmalı olacaq.

Səbəbi isə odur ki, «Sərham Market»də qiymətlər adı satışdan 3-5 faiz aşağı olacaq. Eyni zamanda, hədiyyəli kampaniyalar da təşkil olunacaq ki, bu, digər dükanların onunla rəqabət aparmasına imkan verməyəcək. Üstəlik, sahə və dövriyyə baxımından da yenisi köhnələrdən xeyli böyük olacaq.

Rasim Nəbiyevə gəldikdə isə bu şəxsin Bakının ən varlı adamlarından biri olduğu təsdiqini tapmış məlumatdır. Onun hətta bu yaxınlarda oğluna çadır toyu etməsi də qalmaqala səbəb olmuşdu. Çünki «Ülvi» şadlıq sarayının qarşısında çadır qurduran zavod direktoru, Y.Əliyev küçəsində hərəkəti tamamilə məhdudlaşdırmışdı.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.