İcra başçısı Qurban Qurbanov həbs olundu
2-10-2014, 08:15
Oxunub: 4 054
Dağıstan Muxtar Respublikası Dərbənd Rayon İcra Hakimiyyətinin azərbaycanlı başçısı Qurban Qurbanov saxlanılıb
Publika.az-ın məlumatına görə, icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q.Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib. Qeyd edək ki, Q.Qurbanovun saxlanılması gözlənilən idi. Belə ki, bu il iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırmışdı. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirmişdi. Q.Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur”, - deyə cavab vermişdi. Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın etdi. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edildi. Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başladı.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər