BolgeXeber.Com » Gündəm » Tanınmış idmançımız restoranda adam döydü

Tanınmış idmançımız restoranda adam döydü

2-10-2014, 15:15
Oxunub: 3 248 Azərbaycanlı karateçi, 3 qat dünya və 7 qat Avropa çempionu Rafael Ağayevlə bağlı xoş olmayan məlumat yayılıb

Bolgexeber.com xəbər veriri ki, ekord.az-ın yaydığı məlumatda idmançının Sumqayıt şəhərindəki şadlıq saraylarının birində keçirilən toy məclisində dava-dalaş saldığı iddia olunur. .

Hadisə şahidlərinin verdiyi məlumata görə, toya dostları ilə gələn dünya və Avropa çempionu özünü heç də yaxşı aparmayıb. Belə ki, o, öncə əyləşdiyi stola qulluq edən ofisantı ələ salıb. Ağayev əlindəki əşyanı ofisanta verərək, onu digər stolda əyləşən dostuna aparmağı tələb edib. Ofisiant həmin əşyanı göstərilən şəxsə aparıb.

Karateçinin dostu isə eyni əşyanı yenidən Ağayevə qaytarıb. Rafael isə yenidən ofisiantı dostunun yanına göndərib. Beləliklə, dostlar ofisiantı ələ salaraq ötür-ötür oynayıblar. Bu durumdan bezən ofisiant əlindəki əşyanı yaxınlıqdakı stolun üzərinə qoyub ordan uzaqlaşmaq istəyərkən, ayağa qalxan Ağayev onu vurub.

Maraqlıdır ki, bu zaman ətrafdakılarıdan heç kim olaya müdaxilə etməyib. Bir qədər sonra aranı sakitləşdirmək üçün hadisə yerinə gələn şadlqı sarayının inzibatçsının aqibəti daha pis olub. Belə ki, dünya və Avropa çempionu qolunun gücünü ona daha pis göstərib və inzibatçını əməlli-başlı əzişdirib. Deyilənə görə, vəziyyəti yaxşı olmayan inzibatçı xəstəxanalıq olub.