BolgeXeber.Com » Gündəm » Eldar Əzizovun taxta avtomatlılar "ordusu"

Eldar Əzizovun taxta avtomatlılar "ordusu"

3-10-2014, 11:10
Oxunub: 3 775 İcra başçısı orta məktəbləri hərbiləşdirir

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə taxta avtomatlılardan ibarət “ordu” formalaşdırıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, icra başçısının bu ordusunun şəxsi heyətini şəhərdəki orta məktəblərin azyaşlı şagirdləri təşkil edir. Belə ki, bütün bayram və dövlət tədbirlərində hərbi vətənpərvərlik ab-havası yaratmaq üçün çoxlu sayda şagird kontingentini taxta avtomat və hərbi mundirlə tədbirlərə dəvət edən icra başçısının bu addımı həm valideynlər, həm də məktəblərin pedaqoji kollektivi tərəfindən ciddi narazılığa səbəb olmaqdadır. Valideyn-müəllim heyətinin fikrincə, tədbirlərin hərbi-vətənpərvərlik ruhunda keçirilməsi nə qədər təqdirəlayiq olsa da, bunun yerli-yersiz, “həftə səkkiz mən doqquz” formasında keçirilməsi arzuedilən deyil və bu, hər şeydən əvvəl tədris prosesinə mane olmaqla yanaşı, valideyn və müəllimlər üçün də əlavə problemlər yaradır.
Mənbənin sözlərinə görə, icra başçısı bu “ordunu” saxlamaq vəzifəsini də orta məktəb rəhbərliyinin üzərinə qoyub və şagirdlər üçün gərəkli olan bütün hərbi forma və s. ləvazimatlar da məktəb direktorları, yaxud valideynlər tərəfindən qarşılanır.