BolgeXeber.Com » Gündəm » Deputatın şadlıq evini genişləndirmək planı məhləni ayağa qaldırdı - ŞİKAYƏT
Deputatın şadlıq evini genişləndirmək planı məhləni ayağa qaldırdı - ŞİKAYƏT
3-10-2014, 15:00
Oxunub: 3 338
Deputat Tahir Süleymanov Şabran rayonu Heydər Əliyev prospekti-2-də yerləşən evlərin sakinlərini ayağa qaldırıb
Bolgexeber.com mia.az-a istinadən xəbər verir ki, buna səbəb Tahir Süleymanovun sözügedən məhəllədə yerləşən «Günel» şadlıq sarayının ərazisini genişləndirmək planıdır.
Məhəllənin 20-dək evinin sakinləri (Mirzəşah Mirzəyev, Arif Məmmədov, Gözəl Şükürova və başqaları) yazır ki, onlar bu ərazidə 20 ildən çoxdur yaşıllıq salıblar: «Amma indi deputat Tahir Süleymanov gəlib, məhəlləmizdə qanunsuz olaraq tikinti işləri aparır. İcra Hakimiyyətindən deyirlər ki, şadlıq sarayının ərazisi genişləndiriləcək. Bizə isə susmağımızın qarşılığında məhəlləmizə uşaq yelləncəkləri və digər istirahət obyekti tikiləcəyini deyirlər».
Şikayətçilər düz evlərinin qarşısı olan ərazinin deputata satılmasına qətiyyən razı deyillər: «Əgər bu ərazi satılırdısa, elə xeyli əvvəl pulunu ödədiyimiz halda, niyə bizim istifadəmizə vermirdilər?
Biz sakinlər ölkə rəhbərliyindən xahiş edirik, təcili tikintiyə müdaxilə edərək dayandırılması məqsədiylə köməklik göstərsinlər».
Məsələ ilə bağlı deputatdan mövqe öyrənmək mümkün olmayıb. Onu və rayon rəhbərliyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər