Tərtərdə Müəllimlər günü qeyd olundu-FOTO
3-10-2014, 16:25
Oxunub: 4 541
5 oktyabr-Beynəlxalq Müəllimlər günü münasibəti ilə şəhər 1 saylı tam orta məktəbdə rayonun təhsil işçilərinin toplantısı keçirilmişdir
Tədbir iştirakçıları öncə rayonun mərkəzi meydanında yerləşən ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev müəllimləri peşə bayramları münasibəti ilə təbrik edərək, sözü rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova verdi. Rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonun təhsil işçilərinin əldə etdiyi nailiyyətlərdən danışdı, müəllimləri peşə bayramları və Qurban bayramı münasibəti ilə təbrik etdi. Sonda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti və təhsil şöbəsi tərəfindən Fəxri Fərmanlar təqdim olundu. Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Surxay Mirzəyevə isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olundu.
Tədbir çay süfrəsi arxasında davam etdi. Tədbirdə iştirak edən müəllimlər öz müəllimləri haqqında xatirələrini danışdılar. Rayon mədəniyyət evinin özfəaliyyət ansamblının çıxışları alqışlarla qarşılandı. Tədbiri hər kəs kövrək hislərlə tərk etdi.
Bolgexeber.com



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər