Qurban bayramı 3 fərqli vaxtda keçiriləcək
4-10-2014, 10:15
Oxunub: 2 773
Hər il olduğu kimi bu il də İslam dünyası qarşıdan gələn Qurban bayramını fərqli vaxtlarda qarşılayacaq
Hər il dal-qabaq olmaqla 2 gündə qeyd edilən bayram bu il 3 fərqli günə təsadüf edir. Belə ki, bəzi ölkələr Qurban bayramını 4, bəziləri 5, bəziləri isə 6 oktyabrda qarşılayacaq və bayram namazı qılacaqlar. Bildirilir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, iraqlı sünnilər, livanlı sünnilər, Fələstin, Suriya, İordaniya, Misir, Əmman, Yəmən, Somali, Bəhreyn, Küveyt, Qətər, BƏƏ, Sudan, Cənubi Sudan, Tunis, Əlcəzair, Liviya, Nigeriya, Qana, Uqanda, Avstriya, İtaliya, Belçika, İsveçrə, Kanar adaları, Fransa, Danimarka, Rusiya, İngiltərə, Cənubi Koreya, Kanada, ABŞ, Latın Amerikası ölkələri və Karibdə Qurban bayramı bu gün (4 oktyabr) qeyd olunacaq.
İran, iraqlı şiələr, livanlı şiələr, Mərakeş, Mavritaniya, Cənubi Afrika, Keniya, Zambiya, Yaponiya, Malazaiya, İndoneziya və Yeni Zellandiyada yaşayan müsəlmanlar Qurban bayramını oktyabrın 5-də qeyd edəcəklər.
Pakistanda və Hindistanda isə Qurban bayramı oktyabrın 6-da keçiriləcək.
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycanda 4 və 5 oktyabr tarixlərini Qurban bayramı günü elan etsə də bayram namazı ölkənin bütün məscidlərində ayın 5-i qılınacaq.
Hicri təqvimə görə, bir ay 29 və ya 30 gündür. Əgər ayın 29-cu günü səmada təzə ay görünməsə həmin təqvim ayı 30 günə tamamlanır və ertəsi gün növbəti ay başlayır. Bu Qurban bayramının 3 fərqli gündə keçirilməsinin səbəbləri barədə isə məlumat verilməyib. ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər