İŞİD-dən qaçan əsir: "Bir qadın 10 kişi üçün idi..."
5-10-2014, 08:30
Oxunub: 4 667
"Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək intihar ediblər"
"İslam Dövləti" (İŞİD) yaraqlılarının iraqlı əsirlərindən biri öz işğalçıları barədə danışıb. Onun hadisəsini "Euronews" göstərib.
19 yaşlı Əmşinin bildirdiyinə görə, avqustun 3-də o, ailəsi ilə birlikdə yaşayan yezid kəndinə cihadçılar daxil oldular. Onun həyat yoldaşını digər kişilər kimi öldürdülər, o isə qadın həmkəndliləri ilə birlikdə əsir düşdü.
"Yaraqlılar 10-12 dollara yezid qadınları satırdılar. Bir qadın 10 kişi üçün nəzərdə tutulurdu. Kim bu davranışa bəraət qazandıra bilər? Ona görə mən indiyədək daimi qorxu içərisində yaşayıram" - Əmşi deyib.
Gənc qadını Mosul şəhərinə gətirəndə o qaçmağa müvəffəq olub.
Əsirlərindən birinin qızı deyib ki, radikal islamçılar tərəfindən ələ keçirilən onun anası öz telefonu yerə basdırıb ki, onu tapmasınlar.
"Cihadçılar müntəzəm axtarışlar aparır və əgər telefon tapılsa, həmin insanı yerindəcə güllələyirlər. Düşünürəm ki, onlar bacımın telefonunu tapıblar: Artıq 12 gündür ki, o bizə zəng etmir" - o, qeyd edib.
"Əsirlərdən çoxları baş örtüyündən ilgək edərək intihar ediblər" - deyə "Euronews" xəbər verir.
BMT-nin məruzəsinə əsasən, avqustun sonunadək yaraqlılar 2,5 min qadını və uşaqları ələ keçiriblər. İslamı qəbul etməkdən imtina edənlər Mosul və Suriyanın Rakke şəhərlərindəki qul bazarlarına göndəriliblər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər