Ordumuzda vəhşilik davam edir
25-11-2011, 17:50
Oxunub: 6 398
Əsgər atası: Komandiri oğlumun ağzına cib dəftərcəsini salaraq yandırıb
Ordunun güclü olması o deməkdir ki, ölkənin iqtisadiyyatı da, siyasəti də güclüdür, iqtisadiyyatı güclü olan dövlət isə hər şeyə qadirdir. Amma bu gün övladlarını vətənin müdafiəsinə yollayan valideynlər tam arxayin ola bilərlər, ancaq qeyd etdiyimiz kimi bu cox az sayda hissələrə aiddir, yerdə qalan çox hissənin isə vəziyyəti, sözün əsl mənasında biyabırçılıqdır. Yemək qıtlığı, geyim çirki, yataq dəstinin bərbadlığı yol verilməzdir. Hamı bilir ki, əsgərin yeməyinə diqqət olunmalıdır ki, vətənin dar ayaqda onlara ehtiyacı olur.
Son zamanlar ordumuzda yaranan özbaşınalıq göz qabağınadadır. Ölkədəki asayişi təmin etmək, eyni zamanda, xaricdən gələ biləcək təhlükələrin qarşısını almaqçun hərbi sahəyə ayrılan gəlirlə yanaşı, əsgərlərimizi ruhlandırmaq da gərəklidir. Əsgərlərin komandirləri tərəfindən təhqir olunması, alçaldılması onların qürurlarına toxunur. Komandirlər əsgərlərimizlə elə davranırlar ki, kənardan müşahidə etdikdə onun düşmən olduğunu zənn etmək olar. Əsgərlərimiz xidmət etdikləri hərbi hissədə komandirlərindən əsl düşmən münasibəti görürlər.
Yuxarıda qeyd etdiyimiz məsələ ilə bağlı “Bolgexeber” –in redaksiyasına təşrif buyuran əsgər atasının dedikılərindən heyrətə gəlməmək mümkünsüzdür.
Belə ki, Ağsu rayon sakini olan Hafiz Bəşirovon redaksiyamızda oğlunun başına gətirilən oyunlardan danışdı. Onun bildirdiyinə görə oğlu Anar Bəşirov öz bölük komandirinin onu necə incitməsindən atasına bildirib.
Atasının əməkdaşımıza bildirdiyinə görə o oğlunu Ağsu Rayon Komissarlığından Tərtərdə yerləşən “N” saylı hərbi hissəyə həqiqi xidmətə göndərib. Elə gondərdiyi ilin Noyabr ayında da oğlu Anar Bəşirov komandiri tərəfindən fiziki təziqə məruz qalıb. Buna dözməyən əsgər noyabırın 22 –də atasına zəng vuraraq ağlayaraq incidildiyini, vəhşicəsinə münasibət gördüyünü bildirib.
“Öğlum mənə dedi ki, komandiri cib dəftərcəmi ağzıma yerləşdirirək yandırıblar
Uşağından eşitdiklərinə dözməyən ata Tərtərdəki hərbi hissəyə gələrək ölunun bölük komandiri Rəşid Kərimov ilə görüşub. Görüş zamanı komandir Rəşid Kərimov hər şeyi etiraf edib və bu halın bir daha təkrar olunmayacağını bildirib.
Atanın bildirdiyinə görə mən evə gələn kimi oğlum yenə təkrar zəng etdi və daha da acinacaqlı şəraitdə döyüldüyünü bildirdi.
Redaksiyamızdan yardım istəyən əsgər atasının harayını aidiyyatı qurumlar catdırmaq biz jurnalistlərin borcudur.
P.S. Mövzunu diqqətdə saxlayacayıq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər