BolgeXeber.Com » Gündəm » Çeçenistanda terror aktı: 5 polis ölüb

Çeçenistanda terror aktı: 5 polis ölüb

6-10-2014, 08:40
Oxunub: 3 221 Polis gənci yoxlamaq istəyərkən o üzərindəki bombanı işə salıb

Çeçenistanın paytaxtı Qroznıda baş vermiş partlayışda 5 polis ölüb, 12 nəfər yaralanıb.İstinadən məlumatına görə, bu barədə Rusiyanın RİA Novosti agentliyi Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinə istinadən məlumat yayıb.Məlumata görə, Qroznının mərkəzi meydanında şəhərin quruluş ildönümünə həsr olunmuş konsert təşkil olunub. Konsertin keçirildiyi əraziyə daxil olmaq istəyən gənclərdən birini polis yoxlamaq istəyərkən o üzərindəki bombanı işə salıb.Baş vermiş partlayış nəticəsində 5 polis həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.
İlkin məlumata görə, bombalı hücumçu 19 yaşlı yerli sakin Opti Mudarovdur.