BolgeXeber.Com » Gündəm » Tərtərdə Qurban bayramı ilə bağlı tədbirlər davam etdirilir-FOTO

Tərtərdə Qurban bayramı ilə bağlı tədbirlər davam etdirilir-FOTO

6-10-2014, 11:10
Oxunub: 2 041 Təzə qurban ətləri kəndlərdə yaşayan 1100 ailəyə paylanmışdır

Müsəlman dünyasının ən əziz bayramlarından olan Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da böyük təntənə ilə qeyd edilmişdir. Bayram günlərində rayon icra hakimiyyətinin, idarə və təşkilatların, eləcə də iş adamlarının, imkanlı şəxslərin köməyi ilə rayonun bütün yaşayış məntəqələrində qurbanlıq heyvanlar kəsilmiş, imkansız insanlara, tənha qocalara, əlillərə, şəhid ailələrinə, məcburi köçkünlərə, təmas xəttinə yaxın olan kəndlərin sakinlərinə paylanılmışdır.


Belə tədbirlərdən biri də oktyabrın 5-də Azərbaycan Respublikası “Gəncliyə Yardım Fondu” milli humanitar təşkilatının təşkilatçılığı və Tərtər rayon İcra Hakimiyyətinin iştirakı ilə rayonun təmas xəttinə yaxın olan beş kəndində Qazyan, Qapanlı, Borsunlu, Qaradağlı, Qapanlı(Qaraağacı İƏD) kəndlərində keçirilmişdir.Tədbirlərdə iştirak edən rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov çıxış edərək rayon icra hakimiyyətinin başçısı adından müqəddəs qurban bayramı münasibətilə kənd sakinlərini təbrik etmişdir. Sonra “Gəncliyə Yardım Fondu”nun nümayəndəsi Ahmed Tecin çıxış edərək fondun 1994-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmasından, ölkəmizdə həyata keçirdiyi sosial layihələrdən danışmış və fond tərəfindən gətirilən təzə qurban ətləri kəndlərdə yaşayan 1100 ailəyə paylanmışdır.
Bolgexeber.com