Ramanada evləri su basdı (VİDEO)
8-10-2014, 08:50
Oxunub: 4 106
Dünən axşamdan başlayan yağış kiməsə romantik hisslər yaşatdısa, bu bir çoxlarının heç də ürəyincə olmadı.
“Bir az yağış yağanda evlər və padvallar suyun içində olur. Keçmək də mümkün olmur. Səhər getdim qaloş geydim yıxıldım suya” – deyə şikayətçi Manaf İsmayılov qeyd edir.
Manaf Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsinin yüzlərlə sakinindən biridir. Onlari bira araya toplayan isə yağan yağışın ortaya çıxardığı fəsadlardır. Yağış yağan kimi burada küçələr də evlər də su içində qalır. Səbəbsə, sakinlərin özlərinin çəkdiyi kanalizasiya sisteminini tab gətirməməsidir. Həyət -bacalara, küçələrə dolan su sakinləri evlərinə dustaq edir. Əslində evlərdə də yaşamaq mümkün deyil. Çünki çirkab suları zirzəmilərə dolur. Nəm insanları müxtəlif xəstəliklərlə üz-üzə qoyur. Sakinlər deyir ki, biz artıq bu problemi illərdir yaşayırıq.
“Burada dövlət sistemində kanalizasiya sistemi olsa vəziyyət belə olmaz. Uşaqlar məktəbə gedə bilmir. Yaşlılar yıxılırlar. Mənim evim su altındadır”- deyə şikayətçi Ruslan Osmanov bildirib.
Ruslan Osmanovun evinə də baş çəkdik. Doğrudan da vəziyyət ürəkağrıdıcı idi. 3 otaqlı mənzilin zirzəmisinə dolan su döşəməni bərbad vəziyyətə salıb. Nəmişlik divarların da qopub tökülməsinə səbəb olub. Sakinləri daha çox əsəbiləşdirən isə aidiyyatı qurumların laqeyd münasibətidir. Ramana icra nümayəndəsi Əlican Xəlilovla əlaqə saxladıq. Bildirdi ki, qəsəbədə mərkəzləşmiş kanalizasiya sistemi yoxdur. Sakinlər özləri çəkdiyi borulara da qoşulan evlər günbəgün artdığından yağış yağan kimi bu problemlər ortaya çıxır. Kanalizasia sisteminini çəkilməsi üçün layihə hazırlanıb, maliyyə vəsaiti ayrılan kimi qəsəbənini kanalizasiya sistemi yenidən qurulacaq. Görünən odur ki, o vaxta qədər sakinlər çox su altında qalacaq. Çünki hidrometeoroloqlar qarşıdakı günlərdə də yağış olacağından xəbər verir.
“Oktyabrın 8-də küçlü şimal küləyi, gündüz saatlarında tədricən mülayimləşəcək. Və günorta saatlarında mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu isə gecə saatlarında 15-18 dərəcə arasında dəyişəcək” – deyə hidrometeoroloji proqnozlar bürosunun direktor müavini Gülşad Məmmədova qeyd edib.
Bu isə o deməkdir ki, Ramana qəsəbəsinin, Bünyadzadə küçəsinin sakinləri ya qəsəbədən köçməli ya da özləri dedikləri kimi qış üçün bir neçə uzunboğaz çəkmə tədarük etməlidirlər.ans
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər