Bakı restoranlarında “kişi qadağası” - “Oazis”dəki dava dərs olub...
8-10-2014, 10:30
Oxunub: 4 439
Bir neçə müddət öncə paytaxtın məşhur “Oazis” restoranında baş verən kütləvi davadan sonra bəzi iaşə obyektlərində qadağaların tətbiqinə başlanılıb.
Xoşagəlməz olayların təkrarlanmaması üçün Bakının tanınmış restoranlarında kişilərin şou-proqramlara qrup halında qatılmasına icazə verilmir. Restoranlar şou-proqramlara yalnız ailəvi və cütlüklərin gəlməsinə razılıq verir.
Məşhur “Ay işığı” restoranında qadağaya belə aydınlıq gətirilib: “Bizdə ancaq ailəvi şənliklərin keçirilməsinə, kollektiv mərasimlərə icazə verilir. Artıq bir neçə vaxtdır biz bu prinsiplə işləyirik. Cütlüklər də bizim qonağımız ola bilərlər. Lakin müdriyyət tərəfindən kişilərin qrup şəkilində hər hansı mərasim keçirməsinə icazə verilmir”.
Bu qadağanın kişilərin spirtli içkilər qəbul edərək qonşu masalarda əyləşən qonaqlara, xüsusən də qarşı cinsin nümayəndələrinə söz atması, xoşagəlməz davranışlara yol verməsi ilə bağlı olduğu qeyd edilir.
Bundan əlavə, istirahət mərkəzlərində müştərilər arasında dava və s. bu kimi xoşagəlməz olayların qarşısını almaq üçün mühafizə xidməti gücləndirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər