Direktor əlil vətəndaşın övladını niyə məktəbə götürmür?
8-10-2014, 12:05
Oxunub: 3 524
Heydər Əliyev adına liseyinin direktoru Fikrət Xəlilovdan şikayət var
Qəzetimizin ötən sayında ikinci qrup əlil Ələkbər Əliyevin Heydər Əliyev adına lisey tərəfindən aldadıldığı haqda yazmışdıq. Şikayətçi liseyin ona bu il birinci sinfə getməli olduğu qızını qəbul edəcəyini desə də, sonradan bu sözündən imtina edib.
Onun sözlərinə görə, son 10 gündə hər gün liseyə gedərək, direktor Fikrət Xəlilovun qəbuluna düşmək istəyib, ancaq cəhdləri nəticəsiz qalıb. Şikayətçi son olaraq da Prezident Administrasiyası Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadəyə məktub ünvanladığını bildirdi. Həmçinin Xətai rayon Təhsil Şöbəsinin rəisi Ülfət müəllimin də qəbuluna düşdüyünü, lakin heç bir müsbət dəyişiklik olmadığını bildirdi.
Çarəsiz ata dərs ilinin başlanmasından bir aya yaxın vaxt keçsə də övladının hələ də məktəbə qəbul edilməməsindən narahatdır: “2-ci qrup əliləm, özüm oxumamışam. Fəhləlik edərək ailəmi güclə dolandırıram. Mən qızımın yaxşı məktəbdə oxumasını istəyərəm. Ancaq dərs ilinin başlanmasından 1 ay ötüb. Qızım hələ də əlinə çanta alıb məktəbə getməyib. Bunun səbəbkarı isə Xətai rayonu ərazisində yerləşən Heydər Əliyev adına liseydir. Bununla bağlı Prezident Administrasiyasında Fatma xanımın qəbulunda oldum. Mənə bu problemi həll edəcəyini desə də, heç bir müsbət dəyişiklik olmadı. Həmçinin təhsil şöbəsində Ülfət müəllimin qəbulunda da oldum. O da mənə 4 günə xəbər edəcəyini bildirdi. Ancaq bir xəbər yoxdur. Mehriban Əliyevanın qəbuluna yazılmışam. Əgər alınsa, ayın 10-da qəbula düşüb dərdimi demək istəyirəm”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər