BolgeXeber.Com » Gündəm » Şəhidin həyat yoldaşı oğlunun komandirlərindən prezidentə şikayət edir

Şəhidin həyat yoldaşı oğlunun komandirlərindən prezidentə şikayət edir

8-10-2014, 12:45
Oxunub: 7 017 Atası Qarabağ müharibəsində həlak olmuş Emin Cəbrayılova qarşı qərəzli münasibət göstərildiyi deyilir

Bakı şəhər, Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 31, mənzil 8-də yaşayan təqaüdçü, şəhid ailəsi, 2-ci qrup əlil ana Cəbrayılova Rəya Eldar qızı prezident İlham Əliyevə, DİN başçısı Ramil Usubova müraciət edərək, onlardan kömək istəyib. R.Cəbrayılova Bolgexeber.com-a göndərdiyi müraciətində bildirir ki, həyat yoldaşı Dərdayıl Cəbrayılov DİN-in işçisi olub və çavuş kimi Qarabağda gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevdən köməklik istəyən şəhid ailəsi xahiş edir ki, oğlu Emin Cəbrayılovu onların ailə vəziyyətini nəzərə alaraq Bakıdakı hərbi hissələrdən birinə göndərilməsinə yardımçı olsun:
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN SƏDRİ.
CƏNAB OKTAY ƏSƏDOVA.

AZƏRBAYCAN RESPUBLİKASININ MÜDAFİƏ NAZİRİ.
CƏNAB ZAKİR HƏSƏNOVA.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ.
CƏNAB GENERAL POLKOVNİK RAMİL USUBOVA.

Bakı şəhər, Suraxanı rayon, Yeni Günəşli qəsəbəsi, “V” y/s, bina 31, mənzil 8-də yaşayan təqaüdçü, şəhid ailəsi, 2-ci qrup əlil ana Cəbrayılova Rəya Eldar qızı tərəfindən

Ş i k a y ə t ə r i z ə s i

Hörmətli Prezident, cənab Ali Baş Komandan !
Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mənim həyat yoldaşım Cəbrayılov Dərdayıl Süleyman oğlu Suraxanı rayon Türkan kəndində anadan olub, Daxili İşlər Nazirliyinin nəzdində polis serjantı kimi həqiqi hərbi xidmətdə olub, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, Ağdərə rayon Sırxəvənd istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub, şəhid olduqdan sonra 119 saylı tam orta məktəb onun adına vrilib, ailədə ailə başçısı kimi bir oğlum Emin qalmışdır.
2004-cü ildə oğlum Cəbrayılov Emin Dərdayıl oğlu atasının qisasını almaq üçün hərbiçi olmaq qərarına gəldi və Ümummilli Liderimiz Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul oldu, 2009-cu ildə oranı bitirdikdən sonra 6 ay ehtiyyatda olan hərbi hissədə xidmət etdikdən sonra, düşmənlə həmsərhəd bölmələrə göndərildi, 5 ildən çoxdur ki, düşmənlə həmsərhəd bölgələrdə xidmət edir. Sonradan bizim yaşayış tərzimizin qeyri qənaət bəxş olduğu üçün Müdafiə Nazirinin müavini Çingiz Məmmədova müracət etdik ki, şəhid ailəsi olmağımı, ailə başçısı olmadığı, tək oğlumun mənə baxdığı və özümün xəstə əlil olduğumu nəzərə alaraq oğlumu yaşayış yerinə yaxın hərbi hissələrdən birinə göndərilməsinə köməkdarlıq edəsiniz. Lakin həmin vaxtdan etibarən oğlumla başladılar şəxsi qərəzlilik etməyə, oğlumu incitməyə, xidmət etməsinə yol verilməməyə, tez-tez bir düşmənlə həmsərhəd hərbi hissələrdən digər düşmənlə həmsərhəd hərbi hissələrə göndərməyə başladılar. Hətda hospitala müayinəyə gəlir qayıdanda müəyyən bəhanələrlə onu geçikmiş kimi qeyd edib, hərbi hissəni tərk edənlər siyahıslna salırdılar. Hal – hazırdada canını vətən yolunda fəda edən şəhid oğlu ilə ədalətsizliklə mübarizə aparılaraq incidilir. Bir neçə dəfədə Bərdə birləşməsinin komandanlığına müraciət etsəmdə müraciətimə baxılmayaraq qalmaqdadır, kömək etməkdən dahada çətin ərazilərə oğlum göndərilməkdədir.
Bizim ailə vəziyətimizin nəzərə alınmasını, şəhid ailəsi olmağımızı, ailə başçısı məhz oğlumun olmasını nəzərə alaraq oğlumun yaşayış yerinə yaxın ərazilərdən birinə göndərilməsinə köməkdarlıq edilməsi məqsədi ilə Cənab Hörmətli Prezidentimiz məcbur qalıb Sizə müraciət edirəm”.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, ratatsiya qaydalarını, imtiyazlı ailə olmağımı və yuxarıda qeyd etdiklərimi nəzərə alaraq mənim oğlum ailə başçısı olduğu üçün yaşayış yerinə yaxın hərbi hissələrdən birinə (H.Əliyev adına Ali Hərbi məktəbə və ya C. Naxçıvanski adına ityidai hərbi litseyə) xidmətini davam etdirmək üçün göndərilməsi barədə müvafiq tapşırıqlar verəsiniz.
Bolgexeber.com