Vətəndaşların müraciətləri elektron qaydada cavablandırılacaqdır
8-10-2014, 16:35
Oxunub: 3 158
“Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılmışdır
Baş prokurorluqdan Bolgexeber.com-a verilən məlumata görə dövlət başçısının tövsiyələrinə uyğun olaraq prokurorluq orqanlarında vətəndaşların qəbulu məsələlərinə xüsusi diqqət göstərilməklə əhalinin müraciətlərinə qayğı ilə yanaşılaraq, ərizə və şikayətlərin baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi davam etdirilir.
Vətəndaşların prokurorluq orqanlarına müraciət etmək imkanlarının elektron vasitələrdən istifadə etməklə daha da asanlaşdırılması, daxil olmuş müraciətlərə verilən cavabın onlara operativ çatdırılmasının, müraciətə baxılması vəziyyəti barədə vətəndaşın daha çevik məlumatlandırılmasının təmin edilməsi məqsədilə Baş Prokurorluğun veb-saytında Hüquqi təminat və informasiya idarəsinin İnformasiya texnologiyalarının tətbiqi xidməti tərəfindən “Müraciətlərə onlayn baxılması” funksiyası (bölməsi) yaradılmışdır.
Prokurorluğa müraciət etmiş vətəndaşlar həmin xidmət vasitəsilə Baş Prokurorluğun veb-saytına (www.prokurorluq.gov.az) daxil olaraq onlara proqram tərəfindən avtomatik olaraq göndərilmiş bildirişdəki koddan və xüsusi paroldan istifadə etməklə müraciətlərinə dair cavabı elektron variantda əldə edə biləcəklər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər