Şəmkirin yeni icra başçısı kimdir?
9-10-2014, 08:55
Oxunub: 4 535
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Şəmkir rayonun icra başçısı Nazim Veys oğlu Veysov tutduğu vəzifədən azad edilib
Ölkə başçısının digər sərəncamı ilə bu posta Alimpaşa Adil oğlu Məmmədov təyin edilib.
“Qafqazinfo” azvision.az-a istinadən xəbər verir ki, Şəmkinin yeni icra başçısı bu təyinatadək Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində işləyib. Araşdırmamız zamanı məlum olub ki, Alimpaşa Məmmədov bundan öncə bir sıra vəzifələrdə işləyib.
Belə ki, A.Məmmədov Bakı şəhər Vergilər Departamentinin rəisi vəzifəsində çalışmazdən öncə Salyan şəhərinin və hazırda icra başçısı olduğu Şəmkirin Vergilər İdarəsinin rəisi vəzifələrində işləyib.
A.Məmmədov daha sonra Vergilər Nazirliyin Operativ Nəzarət İdarəsinə rəis təyin edilib. Bir müddət burada işlədikdən sonra o, Səbayel Vergi İdarəsində rəis olub.
Uzun illər vergi sistemində işləyən A.Məmmədov nazirin əmri ilə Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsinə rəis təyin edilib. Fəaliyyətində göstərdiyi xidmətlərə görə vergilər naziri Fazil Məmmədovun diqqətini çəkən A.Məmmədovun vəzifəsi bir qədər qaldırılaraq Bakı şəhər Vergilər Departamentinin rəisi postu ona həvalə edilib.
Mətbuatda qeyd olunan məlumatlara görə, A.Məmmədov vergilər naziri Fazil Məmmədova yaxın məmurlardandır. Hətta bir müddət əvvəl yerli KİV-lərə onun icra başçısı vəzifəsinə təyinat alacağı haqda iddialar səsləndirilirdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər