BolgeXeber.Com » Gündəm » Zakir Həsənov bir generalı işdən çıxardı

Zakir Həsənov bir generalı işdən çıxardı

9-10-2014, 13:45
Oxunub: 3 209 Azərbaycan Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, NATO-nun Brüsseldəki Qərargahında Azərbaycan Silahlı Qüvvələrinin hərbi nümayəndəsi, general-mayor Hüseyn Mahmudov Müdafiə Nazirliyində vəzifəyə təyin olunub.

Bildirilib ki, general-mayor H.Mahmudov sentyabr ayının sonlarında Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icrasına buraxılıb. İdarənin keçmiş rəisi, general-mayor Ramiz Nəcəfov isə məzuniyyətə göndərilib.