İlham Əliyev tikinti şirkətlərinə xəbərdarlıq etdi
9-10-2014, 14:45
Oxunub: 3 140
"Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin"
“Bilirəm ki, indi Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür”.
Virtualaz.org saytı xəbər verir ki, bu sözləri prezident İlham Əliyev Nazirlər Kabinetinin oktyabrın 8-də keçirilmiş müşavirəsindəki yekun nitqində deyib.
Prezident bildirib ki, çoxmərtəbəli binaların tikintisi işini çox düzgün şəkildə təşkil etmək mümkündür. Bu zaman tikinti şirkətlərinin üzərinə ətrafda ekoloji təmizləmə işlərinin görülməsi məsuliyyəti də qoyulmalıdır.
“Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyirsə, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər” - deyə prezident bildirib.
İlham Əliyev bu praktikanı Bakıda artıq həyata keçirdiklərini deyib, vaxtilə yararsız vəziyyətdə olan sənaye müəssisələrinin yerində yeni binaların tikildiyini xatırladıb.
Sitat: “Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilib. O da bir ekoloji fəlakət idi. Mən ora gedib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər