Sumqayıtdakı “Karvan” yenə yandı: 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb
10-10-2014, 07:50
Oxunub: 3 931
İddialara görə, bu cür qəfil gecə yanğınları Sumqayıtda daha "yağlı" ticarət nöqtələri uğrunda savaşan yerli mafiozların "əl işləri"dir
Fövqəladə Hallar Nazirliyi "Karvan" ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.
Nazirliyin saytında xəbər verilir ki, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Ümumi sahəsi 10000 kv.m olan 4 mərtəbəli ticarət mərkəzinin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 600 kv.m sahədə və içərisində olan satış malları yanıb.
Yanğının kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Əliyev İlqar Tərlan oğlunun meyiti aşkar olunub və yuxarı mərtəbələrdən 6 nəfər fəhlə yanğınsöndürən-xilasedicilər tərəfindən xilas olunub. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunub. Ərazidə təhlükəsizlik tədbirləri görülüb. 5 nəfər isə zəhərlənmə dizaqnozu ilə xəstəxanaya yerləşdirilib.
22:25
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın söndürülüb.
Hadisə yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
* * * 21:40
Sumqayıtda “Karvan” ticarət mərkəzində yanğın başlayıb.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt hissəsinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hazırda yanğının söndürülməsi və yayılmasının qarşısının alınması üçün tədbirlər görülür.
FHN Xüsusi Riskli Xilaetmə Xidmətinin xilaediciləri ərazidə təhlükəsizlik tədbirləri görürlər
Virtualaz.org saytı xatırladır ki, bu ticarət mərkəzində ötən il oktyabrın 19-da da bir dəfə güclü yanğın olmuşdu. Maraqlıdır ki, o yanğın da gecə saatlarında başlamışdı. Nəticədə xeyli sahibkara əvəzi hələ də ödənilməyən böyük məbləğdə maddi zərər dəymişdi.
Xırda ticarətlə məşğul olan sumqayıtlı sahibkarlar o zaman bu yanğın hadisəsinin çox müəmmalı olduğunu deyirdilər. İddialara görə, bu cür qəfil gecə yanğınları Sumqayıtda daha "yağlı" ticarət nöqtələri uğrunda savaşan yerli mafiozların "əl işləri"dir.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər