BolgeXeber.Com » Gündəm » Ukraynalı azarkeşlər Putini təhqir etdi - (Video)

Ukraynalı azarkeşlər Putini təhqir etdi - (Video)

10-10-2014, 16:25
Oxunub: 2 894 100-dən çox Ukrayna azarkeşi Belarusda keçirilən futbol matçında Rusiya prezidenti Putini təhqir edən şüarlar səsələndirib.

Hadisə Avro-2016 oyunları çərçivəsində keçirilən Belarus və Ukrayna millilərinin görüşündə baş verib. Hər iki komandanın azarkeşləri Putini alçaldan mahnı oxuyublar.

Olaya polis müdaxilə edib. Həbs edilən ukraynalı fanatlar polis şöbələrinə aparılıb. Cərimə və deportasiya tətbiq olunub. Ən fəallara 15 sutka həbs verilib.

Oyun isə Ukraynanın 2:0 hesablı qələbəsi ilə başa çatıb