Şəmkirin icra başçısının bioqrafiyası aranı qatıb
11-10-2014, 09:15
Oxunub: 3 831
Zahid Oruc: “...Alimpaşa Məmmədov özü artıq ictimai şəxs olaraq bu məsələlərə münasibət bildirəcək”
Oktyabrın 7-də Şəmkir rayonunun icra başçısı Nazim Veysov tutduğu vəzifədən azad edildi. Onu bu postda Bakı Şəhər Vergilər İdarəsinin rəisi Alimpaşa Məmmədov əvəzlədi. N.Veysov haqda deputat Etibar Hüseynov “yalançı, fırıldaqçı, ikiüzlü” ifadəsini işlədib. Onun xələfi A.Məmmədovun bioqrafiyasındakı “ÇP”lər haqda “Yeni Müsavat” və digər mətbuat orqanlarında zaman-zaman geniş materiallar dərc olunub. Necə olur ki, belə şəxslər yerlərdə prezidentin nümayəndəsi postuna təyinat alırlar? Niyə reputasiyası zədəli məmurlar rayonlara rəhbər təyin olunur? Yoxsa icra başçısı postu zədəli reputasiyaların “yuyulması” üçün vasitədir?
Mövzu ilə bağlı YAP-çı deputat Zahid Orucun fikirlərini öyrəndik.
Z.Oruc hesab edir ki, Alimpaşa Məmmədov idarəçilik sistemində püxtələşən şəxsdir: “Mediada onun haqqında kriminal təqdimatlar verilir. Bunun doğru olmadığı deyilir. Güman edirəm ki, Alimpaşa Məmmədov özü də həm də artıq ictimai şəxs olaraq bu məsələlərə münasibət bildirəcək. Şəmkir iqtisadi rayondur, sovet dövründən xariclə əlaqələri mövcuddur. Belə bir mühüm bölgənin rəhbərliyinə gələn şəxsin reputasiyasının təmizliyi çox önəmlidir.
Buna heç şübhəm yoxdur ki, ölkə başçısına təqdimata qədər namizədin bioqrafiyası araşdırılır, adekvat qiymət verilir. Fazil Məmmədovun rəhbərliyi altında onun vergilər orqanlarında müsbət reputasiyalı kimi çalışdığı haqda məlumatlıyam. Onun keçmişi ilə bağlı yayılan xəbərlərdə olduğu kimi - məhkəmə çəkişmələri, işdən çıxarılmalar kimi məlumatlar indiki reallıqda yoxdur. Belə məlumatları yayan maraq dairələrinin olduğuna da şübhə etmirəm”.
Z.Oruc belə xəbərləri yayan dairələri müəyyən etməkdə çətinlik çəkdiyini, eyni zamanda belə qüvvələrin mövcud olmadığını deməyin mümkünsüzlüyünü də qeyd etdi: “Ölkə başçısının icra başçılarından mühüm tələbləri var - vətəndaş üçün fəal şəkildə çalışmaq, hesabatlı olmaq, hər bir kəndə gedib problemləri yerində araşdırmaq, hökumət və dövlət strukturları qarşısında həmin problemləri zamanında qaldırmaqdan ibarətdir. Düşünürəm ki, bu tələblərə adekvatlıq yerlərdə vəziyyətin müsbətə dəyişməsinə gətirib çıxarıb. Hazırkı dövrdə icra başçılarından tələb olunan keyfiyyətlər yaxşı mənada menecerlik, texnokratlıqdır. Azərbaycan bölgələrinə xarici investisiyanı gətirmək kimi yeniliklərə ehtiyac var”.
Z.Oruc deyir ki, bu keyfiyyətlərə cavab verən icra başçıları ilə yanaşı, sovet üsul-idarəsindən ayrıla bilməyənlər də var: “Elə bölgələr var ki, icra başçılarının fəaliyyəti insanların razılığına səbəb olur. Elələri da var ki, sovet dövründə olduğu kimi düşünürlər ki, sadəcə rayonun rəhbəridir, hansısa bəlli şikayətləri dinləməklə iş bitir. Amma Alimpaşa Məmmədovun təyinatından dərhal sonra ona qarşı anti-təbliğatın getməsinə də təəssüflə yanaşıram”.
Deputat Etibar Hüseynovun Şəmkirin sabiq icra başçısı Nazim Veysov haqda “yalançı, fırıldaqçı, ikiüzülü” ifadəsini işlətməsi də müzakirə olunan mövzulardandır. Z.Orucdan soruşduq ki, necə olur ki, “ikiüzlü, fırıldaqçı, yalançı” adlandırılan bir məmur böyük bir rayona illərlə rəhbərlik edir?
Z.Oruc məsələnin bu tərəfinə toxunmaq istəmədi: “Şəmkirdə ötən dövr ərzində kifayət qədər quruculuq işləri gedib. Məmurlar bilməlidirlər ki, ölkə rəhbəri onlara etibar edib, xüsusilə icra orqanları çox ağır bir sahədir. Bu, sadəcə, rayonda birinci şəxs, bir obraz deyil. Çox mühüm məsələlər həmin vəzifə sahibinin çiyinlərinə düşür. Bir tərəfdən keçmişdən gələn mənfi ənənələr aradan qaldırılmalı, başqa tərəfdən normal komanda formalaşdırılmalı, qabiliyyətli insanlar önə çıxarılmalıdır. Kabinet başçısı deyil, birbaşa hər bir kəndin, kəndlinin problemləri həll etmək, bölgənin inkişafına malik proqramın icrasına rəhbərlik edən olmalıdır”.
Z.Orucla söhbətdə icra başçılarının əksəriyyətinin yaşının 55-dən yuxarı olmasına dair də sual verdik. Onun cavabı belə oldu: “Bu xətt getdikcə dəyişəcək. Faktiki olaraq idarəetmə müəyyən təcrübə keçmə ilə bağlı məsələdir. Yəqin gənc icra başçıları da görəcəyik. Bu gün parlamentdə və müxtəlif dövlət idarəçiliyi sferalarında gənc kadrlar var. Mədə niyyətli, yalnız kabinetlərdə qərar tutan kadrların vaxtı artıq tükənib".
Z.Oruc icra başçılarını media qurumları ilə işləməyə səsləyib: “Görmək istədikləri işlər haqda mətbuata məlumat verməkdən çəkinməməli, bütün suallara açıq şəkildə cavab verməlidirlər. Bu halda onların görmək istədikləri işlər düzgün qiymətləndirilər, yalnış təbliğ
musavat/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər